Bakı xarici diplomatların gözünə necə görsənir? - Sərgi açılıb

11.07.2019

Photo

Bakıda "Şəhər həyatı: Bakı xarici diplomatların gözü ilə" adlı sərginin açılışı olub.

Bilge.az xəbər verir ki, "Art Tower Gallery"də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri tərəfindən çəkilmiş Bakı haqqında tematik fotoşəkillər təqdim edilib.

Ziyarətçilər Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini, Latviya səfiri Yuris Maklakovs, Kuba səfiri Alfredo Portuando, Belçika səfiri Byort Şoofs, Avropa İttifaqının nümayəndə heyətinin ilk müşaviri Denis Daniilidis, Kolumbiyanın Azərbaycandakı səfirliyinin konsul vəzifəsinin icraçısı Xose Rikardo İnfante, Hollandiya səfiri Onno Kervers və başqa diplomatların fotoşəkillərini görə bilər.

Sərgi iyulun 20-dək davam edəcək.

Bilge.az

Buradan paylaş: