İranlı model açıq-saçıq şəkillərinə görə ölkədən qovulub (Foto)

11.07.2019

Photo

Model küçələrdə və parklarda gecələmək məcburiyyətində qalıb

Bilge.az xəbər verir ki, iranlı model Negin Negziya alt-paltarında fotosessiya etdirdiyinə görə ölkəsindən qovulub və Avropada küçələrdə yatmağa məcbur olub. Bu barədə "Le Parisien" məlumat verib.

Çəkilişin müəllifi olan fotoqraf açıq-saçıq şəkilləri polisə verib. Həbsxanadan və mühafizəkar İslam qanunlarını pozduğuna görə sərt cəzalandırılacağından qorxan model əvvəlcə İrandan Türkiyəyə qaçıb. Sonra isə Fransadan sığınacaq istəyərək Parisə gedib.

Ancaq o, yeni yaşayış yerində iş tapa bilməyib, sonuncu pullarını da xərclədikdən sonra evsiz-eşiksiz qalıb. Negziya şəhərin küçələrində və parkların skamyalarında yatmaq məcburiyyətində qalıb. "Bir dəfə mən sadəcə yemək yemək üçün çantamı və paltarlarımı 10 avroya satmalı oldum", - Negziya açıqlamasında deyib. Ancaq çətin vəziyyətinə baxmayaraq model etiraf edib ki, şəxsi komfort zonasından çıxmağa müvəffəq olduğuna görə və qadın hüquqlarına hörmət etməyən qanunları pozduğuna görə özüylə qürur duyur.

Fransada oturum hüququ almaq üçün Negziya 2018-ci ilin noyabrında sənədlərini təqdim etsə də, hələ də cavab ala bilməyib. Yalnız fransız mətbuata araya qarışıb onun problemini qaldırdıqdan sonra, ölkənin daxili işlər naziri Kristofor Kastener açıqlama verib ki, departament modellə əlaqə yaradıb. Nazir Negziyanın işinə baxılacağına söz verib.

Bilge.az

Buradan paylaş: