Kosmosa gedəcək ilk afrikalı kosmonavt qəflətən ölüb

11.07.2019

Photo

Maseka kosmos səyahətinə qatılacaq 23 adamdan biri seçilmişdi

Bilge.az "BBC"yə istinadən xəbər verir ki, Cənubi Afrikada bir milyon insanın arasından kosmos səyahətinə çıxacaq ilk qaradərili afrikalı kimi seçilən Mandlo Maseko şənbə günü motosiklet qəzasında ölüb.

30 yaşlı Maseko 2013-cü ildə ABŞ-dakı Links Apollo Kosmos Akademiyasının müsabiqəsini qazandıqdan sonra, "qitənin fəxri Afronot" kimi tanınmağa başlamışdı. 103 ölkədən olan namizədlərin iştirak etdiyi dözümlülük yarışmasında rəqiblərini geridə qoyan Maseko 2015-ci ildə reallaşdırılması planlaşdırılan, ancaq sonradan ertələnən kosmos uçuşuna qatılacaq 23 adamdan biri seçilmişdi.

Ən böyük kumirinin Mandela olduğunu deyən Masekanın ən böyük arzusu kosmosa uçuşu reallaşdırmaq və afrikalı uşaqlar üçün ilham qaynağı olmaq idi.

Masekonun Links Mark II gəmisiylə çıxacağı kosmos səyahətinin vaxtı hələlik dəqiqləşdirilməmişdi.

Bilge.az

Buradan paylaş: