Qadınlar üçün də "Viaqra" çıxacaq

24.06.2019

Photo

ABŞ-da qadınlarda libidonu artıran preparatların istehsalına icazə verilib

Bilge.az xəbər verir ki, ABŞ-ın qida və dərmanların keyfiyyətinə sanitar nəzarət idarəsi (FDA) "qadın viaqrası" - bremelanotid tərkibli "Vliessi" preperatlarına icazə verib.

Azteklər bizə xoşbəxtlik və yaxşı həyat barədə nə öyrədə bilər

Bremelanotiddən qadınlarda menepozdan əvvəl aşağı düşmüş libidonu bərpa etmək üçün istifadə edilir. Onu iynə vasitəsilə cinsi əlaqədən 45 dəqiqə əvvəl vururlar, bremelanotid beynin cinsi əlaqəyə cavabdeh bölgəsini aktivləşdirir. Amma ondan ayda 8 dəfədən çox istifadə məsləhət görülmür.

Klinik sınaqlar zamanı "Vilessi" preparatlarının 2 saat ərzində davam edən yüngül və ağır ürəkbulanma kimi yan təsirləri kimi qeydə alınıb, ancaq bu təsirlər yalnız ilkin inyeksiyalar zamanı müşahidə olunub. Bu, sınaqdan keçirilənlərin 40%-ində özünü göstərib.

Bəzi mütəxəssislət preparata şübhəylə yanaşırlar - onların fikrincə, libidonun aşağı düşməsində psixoloji daxil bir çox səbəblər rol oynaya bilər və onları preparatların yardımı ilə deyil, əlaqədar profil üzrə ixtisaslaşan həkimlərin köməyi ilə aradan qaldırmaq lazımdır. Bəzi mütəxəssislərin fikrincə, FDA preparatın istehsalına icazə verməkdə tələsib.

Bilge.az

Buradan paylaş: