Gürcüstanda kinoteatrlar rus dilində filmlər nümayiş etdirməyi dayandırdı

24.06.2019

Photo

Filmlər ancaq ingilis və gürcü dillərində göstəriləcək.

Bilge.az xəbər verir ki, Tbilisi Kino Assosiasiyası Gürcüstan paytaxtında etirazların başlamasından bəri rus dilində filmlərin və animasiyaların nümayişini dayandırıb.

"20 iyundan sonra rus dilində filmlər və animasiyalar Tbilisinin heç bir kinoteatrında göstərilməyəcək", - qurumdan verilən məlumatda deyilir.

Gürcü kinoteatrlarında bundan sonra filmlər ingilis və gürcü dillərində göstəriləcək.

Yayılan xəbərlərə görə, Tbilisidə hazırda heç bir mədəniyyət ocağında rus dilində tamaşa və film göstərilmir.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanda rus deputatın parlament kürsüsündə çıxış etməsinə görə, paytaxt Tbilisidə etiraz aksiyaları keçirilib. Gürcüstan parlamentinin spikeri vəzifəsindən istefa vermək məcburiyyətində qalıb.

Bilge.az

Buradan paylaş: