Brazilya prezidenti: Koronavirus media fırıldağıdır

25.03.2020

Photo

Brazilya Prezidenti Jair Bolsonaro koronavirusu "kiçik qrip" adlandırıb və o virusun yayılmasının qarşısını almaq üçün hər hansı tədbir görməyə ehtiyac duymur.

O siyasi rəqiblərini və medianı virusun təhlükələri ilə bağlı insanları qorxutmaqda ittiham edib.

Hazırda virus dünya üzrə 16 mindən çox insanı öldürüb və gələcək həftələrdə onun Latın Amerikasında da sürətlə yayılması gözlənilir. Bir çox ölkələr artıq sərhədlərini və bəzi şəhərləri virusun yayılmasının qarşısını almaq üçün bağlayıb.

Bolsonaro isə belə şeylərə ehtiyac olmadığını bildirir və hər hansı qabaqlayıcı addım atmağa inad edir.

O Rio de Janeiro və São Paulo şəhərlərinin rəhbərlərini karantin tədbirləri aldıqları və insanları evdə qalmağa səslədikləri üçün tənqid edib.

"Birazdan insanlar koronavirusla bağlı media və bu rəhbərlər tərəfindən aldadıldıqlarını görəcəklər" deyə o bildirib.

Hazırda Braziliyada 2247 yoluxma və 46 ölüm faktı qeydə alınıb.

Buradan paylaş: