İsti havalar virusun yayılmasını azaldacaq?

25.03.2020

Photo

Bəzi alimlər isti ayların gəlişi ilə koronavirusun yayılmasının zəifləyəcəyinə ümid edirlər, əgər koronavirus da digər tənəffüz infeksiyalarının trendini təkrar edəcəksə.

Bəzi araşdırmalar ehtimal edir ki, koronavirus da digər eyni növdən olan viruslar kimi isti fəsildə zəifləyə bilər. Maryland Universitetinin virologiya professoru Mohammad Sajadi qeyd edir ki, "indiyə qədər əldə elədiyimiz məlumatlara əsasən deyə bilərik ki, virusun isti havada insanlar arasında yayılması çətin olur".

Çinli araşdırmaçılar yayın gəlişi ilə virusun yayılmasında azalma olacağını ehtimal edirlər.

Çinin 100 şəhərində virusun yayılmasını öyrənən Pekin və Tsinghua universitetindən olan alimlər də iddia edir ki, yüksək tempratur və rütübət koronavirusun yayılmasını əhəmiyyətli dərəcədə azaldır.

İsveçrənin Bazel və İsveçin Karolinska institudundakı araşdırmalar isə xəbərdarlıq edirlər. Araşdırma qeyd edir ki, yaz və yay ayları virusun dayanması təssüratı yaratsa da, 2021-ci il qışın gəlişi ilə virus yenidən oyana bilər.

Virus insan bədənində normal tempraturda böyüsə də, ondan kənarda böyüməsi üçün aşağı tempratur daha əlverişlidi. Həmçinin soyuq havalarda insanın immun sistemi daha zəif olur, ona görəki vitamin D artımını təvşiq edən günəş şüaları az olur.

Harward universitetindən epidemologiya professoru Marc Lipsitch isə bildirir ki, virusun isti aylarda azalacağı ilə bağlı mülahizələr şişirdilir. O qeyd edir ki, isti fəsildə virusun yayılmasında qismən azalma gözləyə bilərik, ancaq ciddi dəyişikliyin olacağını düşünmək ağlabatan deyil.

Buradan paylaş: