ÜST: Pandemiya sürətlənir - G20-nin birliyi lazımdı

24.03.2020

Photo

Ümumdünya Səhiyyə Təşkilatının direktoru bildirib ki, koronavirus pandemiyasının yayılması sürətlənir. Buna görə o dünyanın varlı dövlətlərini virusla mübarizə üçün əməkdaşlığa çağırıb.

Mətbuat konfransında təşkilatın rəhbəri Tedros Adhanom Ghebreyesus deyib ki hazırda dünya üzrə 350,000 dən çox yoluxma qeydə alınıb. O "Pandemiya sürətlənir, biz virusa qarşı aqressiv və hədəflənmiş taktika ilə hücum etməliyik" deyə qeyd edib.

Üst rəhbəri deyir ki, biz ilk yüz minə 67 gün içində çatdıq, ikinci yüz minə çatmaq üçün 14 gün lazım oldu, üçüncü yüz mini isə 4 günə haqladıq.

Ghebreyesus-un fikrincə dünyanın varlı millətləri virusla mübarizə üçün birgə çalışmalıdır.

"Bizə G20-nin birliyi lazımdı. G20 səviyyəsindəki siyasi qatqı qabağa getmək və pandemiya ilə mümkün sərt şəkildə döyüşmək baxımından güclü həmrəylik deməkdir".

Buradan paylaş: