17 gün meşədə itkin düşən qadın möcüzəvi şəkildə sağ qalıb (Foto)

29.05.2019

Photo

Qadın həşəratlar və giləmeyvələr yeməklə sağ qala bilib

Bilge.az xəbər verir ki, ABŞ-a məxsus Havay adalarındakı Maui adasında xilasedicilər 17 gün əvvəl itmiş qadını tapıblar. Bu barədə "The New York Times" məlumat verib.

35 yaşlı Amanda Eller 8 mayda Makavo meşə qoruğunda haykinqlə məşğul olarkən itkin düşüb. Ona məxsus maşın telefonu daxil olmaqla, bütün əşyalarla birgə meşənin kənarında tapılıb.

Yaşlılıq nədir və necə başlayır?

Qadının valideynləri axtarış əməliyyatları başladıblar. Elleri tapana 10 min dolların veriləcəyi vəd edilib. Sonradan rəqəm 5 dəfə artırılıb. 24 mayda helikopertdən onun maşınından 6 km. uzaqda olduğu fərq edilib. Qadının üzərində ancaq yüngül paltarlar və yoqa matı olub. Onu tibbi yardım üçün dərhal xəstəxanaya çatdırıblar.

17 gününü meşədə keçirən Ellerin bədənində gündəymədən güclü yanıqlar əmələ gəlib, o ayağını qırıb və ayaqqabılarını itirdiyindən ayaqlarını yaralayıb.

Fizioterapevt və yoqa təlimçisi kimi çalışan Eller xəstəxanadakı ilk açıqlamasında bildirib ki, bildiyi marşrut üzrə kiçik gəzintiyə çıxıb, ancaq cığırı itirdiyindən azıb: "Mən geri qayıtmaq istəyirdim, ancaq hisslərim məni səhv istiqamətə aparırdı. Halbuki adətən mən öz instinktlərimə inanıram".

Meşədəki azması daha da dərinləşdiyi halda Eller elə bilib ki, maşınına qayıdır. "Elə tez arıqlayırdım, axır-axırda yaşaya biləcəyimdən də şübhəyə düşmüşdüm", - qadın deyib. Yıxıldığına görə ayağını qırandan sonra qadın yol getmək və qida tapmaq üçün böyük əziyyət çəkib. Gecələr o, üstünü ayıdöşəyi ilə örtüb və çirkli yerlərdə yatıb. Qadın yabanı giləmeyvələri, adını bilmədiyi bitkiləri və bədəninə düşən həşəratları - qarşısına nə çıxıbsa onu yeməklə qidalanıb.

"Elə anlar olurdu, mən tamamilə qorxuya və təşvişə qapılırdım, təslim olmaq istəyirdim, həyatla ölüm arasında çırpına qalmışdım və sonda mən həyatı seçdim", - Amanda Eller deyib.

Qadın bir neçə gün əvvəl xəsətəxanadan buraxılıb. Artıq onun həyatına təhlükə yoxdur.

Bilge.az

Buradan paylaş: