Qadın xəyanət etmiş ərini görünməmiş şəkildə cəzalandırdı (Video)

29.05.2019

Photo

Ərinin xəyanətindən qeyzlənən qadın onu lüt küçədə gəzdirib

Bilge.az "Daily Mail"ə istinadən xəbər verir ki, Kolumbiyanın Barrankiliya şəhərində bir qadın ərini xəyanətə görə, küçəyə çılpaq halda çıxmağa məcbur edib.

Qadını ərini bir moteldə məşuqəsi ilə sevişərkən yaxalayıb. Qadın deyib ki, ərini yalnız bir şərtlə bağışlaya bilər: bunun üçün kişi anadangəlmə soyunaraq onun maşınının üzərinə uzanmalı və onu şəhərdə nümayiş etdirməyə icazə verməlidir.

Feminizm kişilərin saqqalına necə təsir edib?

Kişi razılaşıb və qadının dediyi kimi də edib. Qeyri-adi tamaşa şəhər sakinlərinin böyük marağına səbəb olub. Sonda polis xəyanətkarı yaxalayıb və ona ictimai əsayişi pozmaq maddəsiylə rəsmi ittihal irəli sürülüb.

Videoya burdan baxın: https://www.youtube.com/watch?v=eo8YlVvfX2M

Bilge.az

Buradan paylaş: