Ayaqsız model məşhur moda brendinin siması seçildi (Foto)

29.05.2019

Photo

Ayağı amputasiya olunmuş model reklam kampaniyasının sifəti seçilib

Bilge.az "Metro"ya istinadən xəbər verir ki, ayağı amputasiya olunmuş model İrlandiyanın "Primark" brendinin reklam kampaniyasının sifəti seçilib.

Özü özünü yaradan qadın – Ayn Rand

2017-ci ildə 23 yaşlı Bernadett Hagensdə xərçəng şişinin nadir növü tapılıb. 2018-ci ilin oktyabrında onun ayağının kəsilməsi qaçılmaz olub. Qız protezlə gəzməyi öyrənib və özünü model biznesində sınamaq qərarına gəlib. O, fiziki özəllikləri olan modelləri işə götürən "Zebede Management" agentliyinə işə düzəlib və həmin dövrdən sonra da "Primark" daxil olmaqla, müxtəlif brendlərin layihələrində iştirak edir.

"Primark"ın reklam kampaniyasında Hagens animasiya filmi "Oyuncaq hekayəsi"nin yeni hissəsinə həsr olunmuş "Toy Story 4" kolleksiyasına daxil olan futbolkaları və şortları təqdim edir.

"Mənim üçün "Primark"la işləmək çox əyləncəlidir. Bu möhtəşəm imkandır. Həm çəkiliş, həm də komanda xoşuma gəldi. Bütün şəkillər əla alınıb, iyunda onların kolleksiya ilə birgə yayımını böyük səbirsizliklə gözləyirəm", - Bernadett Hagens açıqlamasında deyib.

Bilge.az

Buradan paylaş: