14 yaşlı vunderkind iki elmi dərəcə aldı

28.05.2019

Photo

Yeniyetmə informasiya texnologiyaları sahəsində ixtisaslaşıb

Bilge.az "CBC News"a istinadən xəbər verir ki, ABŞ-da 14 yaşlı vunderkind magistr dərəcəsi alıb.

Finlandiya təhsildə necə dünya lideri oldu?

Kelton Kostis Nebraskadakı Belvyu universitetinə 9 yaşında daxil olub. 12 yaşında o, veb-texnologiya sahəsində bakalavr dərəcəsi alıb, sonra isə informasiya menecmenti üzrə magistratura dərəcəsi müdafiə edib.

Hazırda Kostis dərslərdən istirahət edir. Asudə vaxtlarında o, idmanla məşğul olmağı və üzməyi xoşlayır. Yeniyetmə həmçinin özünə iş tapmağa çalışır. "Mən kibertəhlükəsizlik və ya informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən dövlət və ya şirkət qurumunda işləmək istəyirəm", - Kostis deyib və əlavə edib ki, distant işləmək istəyir.

Yeniyetmə doktorluq dərəcəsi almaq üçün hələ düşündüyünü bildirib.

Bilge.az

Buradan paylaş: