Anakonda ilanı cütləşmədən balalaya bilib

28.05.2019

Photo

Anakonda kimi bəzi canlılar erkəyə ehtiyac duymadan balalaya bilirlər

Bilge.az "Daily Mirror"a istinadən xəbər verir ki, ABŞ-ın Boston şəhərində anakonda ilanı erkək ilə cütləşmədən balalaya bilib.

Anna ləqəbli ilan akvariumda saxlanılırmış. Amazon faunasına həsr olunan ekspozisiyada ondan başqa, digər anakondalar da olub, amma onların hamısı dişidir. Annanın yalnız iki balası sağ qalıb, qalanları ölü doğulublar.

Heyvan nə dərəcədə empatiya göstərə bilər?

Akvariumun əməkdaşlar güman edirlər ki, ilan partonogenezdən istifadə edib, partonogenez dişi cinsiyyət hüceyrələrinin mayalanmadan böyük orqanizmə qədər inkişaf edərən çoxalma formasıdır. DNT analizi bu ehtimalı doğruldub. Məlum olub ki, balalar ananın genetik surətini təkrarlayıblar. Bu, anakondalarda elm adamlarına məlum olam ikinc partogenez hadisəsidir.

Anakondalar uzunluğu beş metrə qədər çata bilən Cənubi Amerika faunasına məxsus zəhərsiz ilanlardır. Dişilər yumurta qoymur, 6-7 ay ərzində boğaz qalmaqla balalayırlar, onların balalarının sayı 28-dən 40-a qədər çata bilir.

Bilge.az

Buradan paylaş: