Elektron siqaretlərin ölümcül xəstəliklərə səbəb olduğu aşkarlandı

28.05.2019

Photo

Alimlər elektron siqaretlərin zərərlərini açıqlayıb

Bilge.az xəbər verir ki, Stenford Universiteti mütəxəssislərinin bildirdiyinə görə, elektron siqaretlər üçün mayelərdəki aramatizatorlar damarları əhatə edən hüceyrə qatlarına ziyan vurmaqla ürəyin fəaliyyətinə xələl gətirə bilər. Bu barədə tədqiqat "American College of Cardiology" jurnalında yazılıb.

Elm deyir ki, dostluq belə qurulmalıdır

Tədqiqatçılar müxtəlif miqdardakı nikotindən ibarət 6 maye və onların labaratoriyada ərsəyə gətirilən insana məxsus endotileya (lay) hüceyrələrinə təsirini araşdırıblar. Onların hamısı hüceyrələrə mənfi təsir göstərib, mənfi təsirlərin sırasında soyuqdəymə reaksiyaları və hüceyrələrin yaşamasının pisləşməsi kimi xüsusiyyətlər olub. Ən təhlükəlisi darçın aromalı maye olub.

Elektron siqaretlər üçün aramolaşdırılmış mayelər endoteliyanın disfunksiyasına gətirib çıxarır, nəticə etibarilə də bu, bir qayda olaraq ürəyin xəstələnməsinə səbəb olur, tədqiqatın müəllifləri bəyan ediblər. "Nikotinin səbəb olduğu bu zərərdən başqa, aramatizatorlarla damarlara da böyük zərər vururlar", - tədqiqat işində yazılıb.

Bilge.az

Buradan paylaş: