Bakıda sovet repressiyaları qurbanlarının xatirə muzeyi açıldı

28.05.2019

Photo

Muzeydə arxiv sənədləri, fotolar, rekonstruksiya olunmuş kameralar sərgilənir

Bilge.az xəbər verir ki, Bakıda 1920-1950-ci illər siyasi repressiya qurbanlarının xatirəsinə muzey açılıb, o zaman yüz minlərlə Azərbaycan və bütün keçmiş Sovet İttifaqı vətəndaşı siyasi səbəblərlə güllələnib və ya düşərgələrə göndərilib.

Muzeyin açılışı Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) 100 illik yubileyinə həsr olunub – Trend xəbər verir. Muzey DSX-nın Zərifə Əliyeva küçəsi, 30 ünvanında yerləşən inzibati binasının zirzəmisində yaradılıb. 1925-ci ildən sonra siyasi səbəblərlə həbs edilənləri məhz burada saxlayır, dindirir və güllələyirdilər. İstənilən cür fərqli düşüncəyə görə və ya sadəcə “xalq düşmənləri” ilə qohumluq əlaqələrinə görə həbs edirdilər, buna görə də, hərbçilərin, yazıçıların, şairlərin, Avropa təhsilli mütəxəssislərin taleyini onların həyat yoldaşları və uşaqları da bölüşürdü.

Sovet Azərbaycanında latın qrafikasına keçid necə başladı?

Muzeydə repressiyalarla bağlı arxiv fotoları və sənədləri toplanıb. Ən birinci sənəd 1920-ci il 26 may tarixinə – Azərbaycanın Sovet İttifaqının bir hissəsi olduğu ilə aiddir. Həmçinin bərpa olunmuş kameralar, karserlər, dindirilmə və güllələnmələrin həyata keçirildiyi məkanlar da nümayiş olunur.

SSRİ-də repressiyalar

SSRİ-də repressiyanın pik zirvəsi 1937-1938-ci illərdə baş verib. Həmin dövr “Böyük terror” və ya “Stalin repressiyaları” adlandırılır, çünki həmin vaxt SSRİ-nin başında İosif Stalin dayanırdı.

Həmin illərdə ən azı 13 milyon Sovet İttifaqı vətəndaşı repressiyaya məruz qalıb. Azərbaycan üzrə dəqiq göstəricilər yoxdur, söhbət təxminən 70-120 min insandan gedir (həmin vaxt əhalinin ümumi sayı 3 milyon nəfər olduğu halda).

Amma repressiyalar daha uzun zaman kəsiyini əhatə edir – 20-ci illərdən (Sovet İttifaqının yaranışından) 1953-cü ilə (Stalinin ölümünə) qədər. Uzun zaman cəmiyyətdə bu mövzunun üzərindən sükutla keçilib. İlk dəfə repressiyalar haqda 60-cı illərdən danışmağa başlayıblar.

Bilge.az

Buradan paylaş: