Cəfər Cabbarlının yeni romanı və məktubları tapılıb

28.05.2019

Photo

AMEA-nın vitse-prezidenti: "Həmin roman və məktublar tezliklə çap olunacaq".

Bilge.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, şair və nasir, teatrşünas, kinoşünas Cəfər Cabbarlının romanı və məktubları tapılıb. "Report"un məlumatında deyilir.

Bu barədə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli tərəfindən ədibin "Kazım bəy" romanı, eləcə də bu günə kimi dərc edilməyən məktubları tapılıb:

"Həmin roman və məktublar tezliklə çap olunacaq".

Bilge.az

Buradan paylaş: