Tarixdə qalacaq möcüzə - Çin yoxsulluğa qalib gəldiyini açıqlayıb

26.02.2021

Photo

Çin Xalq Respublikasının sədri Si Cinpin ölkəsinin yoxsulluğa qalib gəldiyini bildirib.

Çin Kommunist Partiyasının və xalqın ümumi səyləri nəticəsində biz yoxsulluqla mübarizədə tam qələbə qazandıq” deyə o bildirib.

O deyib ki, son 8 ildə 100 milyon nəfər yoxsulluq həddini aşa bilib.

Dövlət başçısının sözlərinə görə, 832 qəza və 128 min kənd yoxsul yaşayış məntəqələri siyahısından çıxarılıb.

Çin Xalq Respublikası 70 yaşında: İqtisadi möcüzə necə baş verdi?

Si Cinpin bildirib ki, 1970-ci illərin sonunda islahatlar və aşkarlıq siyasəti başlayandan kəndlərdə yaşayan 770 milyon nəfər yoxsulluqdan çıxarılıb: “Bu müddət ərzində Çin yoxsulluğun aradan qaldırılması uğrunda qlobal mübarizədə məqsədinə 70 faiz nail oldu. Bu kimi uğurlarla Çin tarixdə qalacaq bir başqa möcüzə yaratdı”.

Xatırladaq ki, Si Cinpin yoxsulluğa qarşı məqsədli mübarizə ideyasını 2013-cü ildə ölkənin mərkəzində yerləşən Hunan vilayətinə təftiş səfəri zamanı bildirmişdi.

Buradan paylaş: