İki doza peyvənd koronavirus riskini 98,5% azaldıb - İsrail nümunəsi

25.02.2021

Photo

İsrail əhalisinin təxminən yarısına Pfizer-BioNTech peyvəndinin bir dozasının vurulmasından sonra İsrailin Səhiyyə Nazirliyi Pfizer-in klinik sınaqlarından daha yaxşı nəticələr göstərdiyini bildirib. Bu xəbərlər İsrail iqtisadiyyatının böyük hissəsinin həftə sonu yenidən açıldığı bir vaxta təsadüf edir.

Aylardır davam edən COVID-19 məhdudiyyətlərindən və karantindən sonra İsrailin ticarət mərkəzləri ilk dəfə açılıb. Mağazalarda məhdud sayda insanın olmasına icazə verilib.

Sevdikləriniz korona vaksinləriylə bağlı tərəddüd edirsə, bunu onunla paylaşın

Mehmanxanalar və idman zalları kimi digər yerlər isə yalnız iki dozada COVID-19 peyvəndi aldıqları və ya virusdan müalicə olunduqlarını göstərən “Yaşıl pasportlar” adlanan vəsiqələri təqdim edən israillilər üçün açıqdır.

Səhiyyə Nazirliyinin son açıqlamasına əsasən, İsraildə iki aydır davam edən intensiv vaksinasiya səyləri Pfizer peyvəndinin təsirli nəticələrinin olduğunu göstərib. İsrail bütün əhalisi üçün aldığı peyvənd müqaviləsi çərçivəsində məlumatları Pfizer-lə paylaşmağa razı olub.

Tel Aviv-dəki Sourasky Tibbi Mərkəzinin rəhbəri Ronni Qamzu peyvəndin effektiv qoruma təmin etdiyini bildirib. “Pfizer və Moderna peyvəndlərinin tədqiqatlarında bildirildiyi kimi, effektivliyin 95 faiz ətrafında olduğunu gördük. Xəstəxanaya müraciət edən insanlara baxsanız, effektivliyin ondan da çox olduğunu görərsiniz. Qoruma güclüdür.”

İlk vaksinin yaradılmasının qorxulu və maraqlı tarixi

İsrailin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, peyvəndin iki dozasından sonra koronavirus xəstəliyi riskinin 98,5 faiz, xəstəxanaya gedənlərin sayının isə 99 faiz azaldığı müşahidə edilir. Lakin bütün bu göstəricilərə baxmayaraq, İsrailin səhiyyə rəsmiləri ölkədə məhdudiyyətlərin tədricən aradan qaldırılmalı olduğunu və maska taxmaq və sosial məsafə saxlamaq kimi tədbirlərin hələ bir müddət davam edəcəyini deyir.

Buradan paylaş: