Bill Gates varlı ölkələri ancaq sintetik ət yeməyə çağırıb

22.02.2021

Photo

Bill Gates qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün varlı ölkələri sintetik ət yeməyə çağırıb.

Gates bu il çıxardığı yeni - İqlim fəlakətini necə önləmək olar - kitabında İqlim dəyişikliyi və onun bəşəriyyətə təsiri mövzusundan yazıb. Gates texnoloji naliyyətlərlə iqlim dəyişikliyi fəlakətinin qarşısını almağın hələ də mümkün olduğuna inanır, ancaq sonda dövlətlərin bu istiqamətdə siyasətlərinə ehtiyac olacağını bildirir.

MİT texnologiya icmalı jurnalına danışan Gates vurğulayıb ki, bəzi dövlətlər öz imkanları baxımından məhdudlaşacaq. "80 ən kasıb ölkənin sintetik ət yeyəcəyini düşünmürəm. Ancaq varlı ölkələrin sintetik ətə keçməli olduğunu düşünürəm" deyə bildirib.

Heyvandarlıq havaya böyük ölçüdə metan qazı buraxır. Yeni araşdırmaya görə hazırda metan qazı havada rekord həddə çatıb.

İqlim dəyişikliyi qlobal aclığa səbəb ola bilərmi?

Havada metan qazının dərəcəsi 2000-2017-ci illərdə böyük ölçüdə artıb. Araşdırmaçıların qənaətinə görə, bu artım əsrin sonunda qlobal tempraturun 4 dərəcə yüksəlməsinə səbəb ola bilər.

Alimlər hesab edir ki, bu insanlıq üçün keçilməsi təhlükəli olan səddir. Bu ekoloji pozulma böyük ölçüdə aclıq və miqrasiyaya səbəb olacaq təbii fəlakətlərlə nəticələnə bilər.

Buradan paylaş: