İsraildə vaksin sonrası simptomatik covid hallarında 94% azalma olub

16.02.2021

Photo

İsrailin ən böyük səhiyyə xidməti bildirir ki, pfizer-lə ikinci dəfə peyvəndlənən 600 000 insan arasında simptomatik covid hallarında 94% azalma müşahidə edilib.

İsrail əhalisinin yarısına xidmət göstərən Səhiyyə təşkilatı Clalit bildirir ki, eyni qrup insanların virusdan ağır xəstəlik keçirməsi 92% daha azdır.

Müqayisələr peyvənd olmayan eyni sayda insan qrupu ilə aparılıb.

Sevdikləriniz korona vaksinləriylə bağlı tərəddüd edirsə, bunu onunla paylaşın

Clalit-dən Ran Balicer deyir ki, Pfizer peyvəndləri sınaqlarda olduğu kimi effektivdir. "Bu birmənalı şəkildə Pfizer peyvəndlərinin ikinci dozasından bir həftə sonra real dünyada da son dərəcə effektiv olduğunu göstərir" deyə o bildirib.

Xatırladaq ki, İsrail əhali nisbətinə görə dünyada ən sürətli vaksinasiya aparan ölkədir. Ölkədə ümumilikdə 4 milyondan çox insan peyvənd olunub. Bunlardan 2,612,000 nəfəri peyvəndin ikinci dozasını da alıb.

Buradan paylaş: