Öyrədilmiş alman itləri Covid-i 94%-lik dəqiqliklə müəyyənləşdirib

15.02.2021

Photo

Almaniyanın baytarlıq dispanseri itlərə insan tüpürcəyində koronavirusu 94%-lik dəqiqliklə aşkar etməyi öyrədib.

Baytar Esther Schalke bildirir ki, itlər infeksiyalı insanların tüpürcəyindən korona iyini müəyyənləşdirməyi öyrəniblər.

"Bizim keçirdiymiz sınaqda itlərimiz koronavirus xəstələrin nümunələrini iyləyirlər və deyə bilərik ki, sınaqlar 94%-lik dəqiqlik göstərib" deyə baytarlıq dispanserinin rəhbəri Holger Volk bildirib.

Ruhi sağlamlıq 2021-ci il üzləşəcəyimiz ən böyük çətinlik olacaq

İtlər infeksiyalı və infeksiyasız, simptomatik və asemptomatik xəstələri iylərə bilir.

Bu cür itlərdən artıq Finlandiya və Çili hava limanlarında koronavirusu aşkarlamaq üçün istifadə edilir. Yaxın gələcəkdə koronavirusu bu cür müəyyənləşdirmənin gündəlik istifadəsinə başlanılması gözlənilir.

Buradan paylaş: