Bu yayda mütləq baxılmalı filmlər - SİYAHI

15.05.2019

Photo

"Complex" portalı bu yayda ən çox gözlənilən filmlərin siyahısını açıqlayıb

Bilge.az xəbər verir ki, may ayında çıxacaq ən vacib kinoların siyahısında "Con Uik"in (John Wick) üçüncü hissəsi, "Parlaq yanğın" (Brightburn), Oliviya Uayldın ilk uzunmetrajlı filmi "Kitab savadı" (Booksmart), həmçinin "Ma" qorxu filmləri yer alıb.

Roman keyfiyyətində 10 möhtəşəm film

Jurnalistlər həmçinin iyunda baxılası məsləhətli kinolara misal kimi "İks adamlar: Qaranlıq Feniks" (Dark Phoenix), "Qarapaltarlı adamlar: Beynəlxalq" (Men in Black International), "Şaft" (Shaft), "Ölülər ölmürlər" (The Dead Don't Die) və "Uşaq oyunları"nı (Child's Play) göstəriblər. Bundan başqa, siyahıda 21 iyunda dünya premyerasının olacağı gözlənilən "Oyuncaqlar hekayəsi" (Toy Story) cizgi filminin 4-cü hissəsi də yer alıb.

İyulda Ari Asterin "Gün ortası" (Midsommar), "Hörümçək-adam: evdən uzaqda" (Spider-Man: Far From Home) filminin davamınnın, "Kral Şir"in (The Lion King) remeyki və Kventin Tarantinonun "Bir dəfə Hollivudda" (Once Upon a Time in Hollywood) adlı yeni filminin çıxacağı gözlənilir.

Avqustda çıxması daha böyük coşğuyla gözlənilən filmlərə misal kimi "Forsaj: Hobbs və Şou" və "Yaxşı uşaqlar" göstərilir. Siyahıda həmçinin sentyabrda çıxacaq olan "O 2" qorxu filmi də yer alıb.

2018-ci ilin dekabrında "The Guardian" qəzeti 2019-da çıxacaq ən gözlənilən 50 filmin siyahısını açıqlamışdı. Reytində ilk üçlükdə Maykl Uinterbottomun "Tamahkarlıq" filmi, Frensis Linin "Ammonit" və Ken Louçun "Bağışla, biz darıxmışdıq" filmləri yer almışdı.

Bilge.az

Buradan paylaş: