Azərbaycan halal turizmdə ən cəlbedici ölkələr arasına düşdü- SİYAHI

15.05.2019

Photo

Azərbaycanın halal turizmdə mövqeyini daha da yaxşılaşdıracağı gözlənilir

Bilge.az xəbər verir ki, "CrescentRating" və "MasterCard" birlikdə Qlobal Müsəlman Səyahət İndeksini hazırlayıblar, bu indeksdə müsəlman turistlər arasında ən çox populyar olan ölkələr yer alır.

Ekspertlər əlçatımlılıq, ətraf mühit, xidmətlərin keyfiyyəti və kommunikasiya kimi kriteriyaları nəzərə alıblar. Beləliklə, reytinqin tarixində ilk dəfə olaraq ilk sırada İndoneziya qərarlaşıb. Malayziya onunla birlikdə liderlik mövqeyində yer alıb. Hər iki ölkə reytinq cədvəlində 78 bal alıblar. Müsəlman turistlərin səyahət etidiyi ölkələrin ilk onluğunda həmçinin Türkiyə (75 bal), Səudiyyə Ərəbistanı (72 bal), BƏƏ (71 bal), Qətər (68 bal), Marakeş (67 bal), Bəhreyn (66 bal), Oman (66 bal) və Bruney (65 bal) qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan halal turizmdə müsəlman ölkələri arasında 53 balla siyahıda 20-ci sırada qərarlaşıb. Həmçinin Azərbaycanın gələcək üçün daha çox müsəlman turistin üz tutacağı potensial ölkələrdən biri kimi göstərilir.

Müsəlman turistlərin ən çox üz tutduğu qeyri-müsəlman ölkələrin top onluğu isə belədir:

Bilge.az

Buradan paylaş: