Türkiyədə zibil toplayanlar atılmış kitablardan ibarət kitabxana yaratdı - FOTO

15.05.2019

Photo

Kitabxana indi böyük bir icma üçün fəaliyyət göstərir

Bilge.az xəbər verir ki, Ankarada türk zibil toplayıcıları zibilə atılmış kitablardan ibarət böyük bir kitabxana yaradıblar. Kitabxana hazırda Ankaranın Çankaya bölgəsində fəaliyyət göstərir. Kitabxananın fəaliyyətə başlamasını öyrənəndən sonra sakinlər kitabları atmaqdansa kitabxanaya bağışlamağa başlayıblar.

Əcnəbilərin Azərbaycanı ziyarət etməzdən əvvəl oxumalı olduqları 10 kitab

"CNN"in məlumatına görə kitabxana əslində birinci zibil toplayıcıların dostları və ailələrinin istifadə etməsi üçün yaradılıb, amma onun sahəsi genişləndikcə, keçən ilin sentyabrında rəsmi olaraq ictimaiyyətə açıq elan olunub. "Biz bu kitablardan ibarət kitabxananı yaratmaq ideyasını müzakirəyə başladıq. Hamı dəstəkləyəndən sonra isə, layihə baş tutdu", - bu sözləri Çankaya meri Alper Taşdelen deyib.

Kitabxanada hazırda 6000 bədii və qeyri-bədii ədəbiyyat kitabı var, elmi araşdırma kitabları, həmçinin ingiliscə və fransızca kitablar da mövcuddur, uşaqlar üçün bölmə də fəaliyyət göstərir.

Kitabxananın binası isə bir vaxtlar kərpic zavodu olub.

Kitabxanadan kitabları iki həftəlik götürmək və bundan sonra da möhləti uzaqmaq mümkündür. Hazırda kitabxananın kolleksiyası o qədər böyüyüb ki, bir çox kitablar məktəblərə, təhsil proqramlarına və hətta həbsxanalara borc verilir.

"Bütün Türkiyədən kənd məktəblərinin müəllimləri bizdən kitab istəyir", - Taşdelen deyib. Kiatbxana həmçinin yeni iş imkanları yaradıb, belə ki, buranı idarə etmək və dəstəkləmək üçün daimi heyət tələb olunur.

Kitabxananın icma üçün çox böyük əhəmiyyətinin olduğu üzə çıxıb. İşçilərin uşaqları burada mütaliə etməkdən zövq alırlar və yerli məktəb uşaqları dərs oxumaq üçün buraya gəlirlər. Yaxınlıqda pedal çevirən yerli velosipedçilər adətən buranın böyük zalında istirahət edir və şahmat oynayırlar.

"Əvvəllər mən evimdə kitabxananın olmasını arzu edirdim. İndi bizim burada kitabxanamız var", - 32 yaşlı zibil toplayıcısı Serhat Baytemur mətbuata açıqlamasında deyib.

Bilge.az

Buradan paylaş: