ÜST: Kütlə immuniteti 2021-ci ildə baş verməyəcək

13.01.2021

Photo

Dünya Səhiyyə Təşkilatı rəsmisi Soumya Swaminathan deyib ki, peyvəndlərin artmasına baxmayaraq 2021-ci ildə koronavirusa qarşı kütlə immuniteti yaranmayacaq.

Kütlə immuniteti əhali arasında kifayət qədərinin xəstəliyə qarşı immuitet qazanması ilə virusun yayılmasının qarşısı alınması nəticəsində baş verir.

Sağlıq ekspertlərinin fikrincə inkişaf etməkdə olan ölkələrdəki peyvənd çatışmazlığı, peyvəndlə bağlı əhali arasında mövcud olan şübhə və virusun mutasiya etməsi kütlə immunitetinin yaranmasına mane olan faktorlardır.

İnsanlar arasında peyvəndlə bağlı narahatlıq nədən qaynaqlanır?

"Biz 2021-ci ildə heç bir səviyyədə əhali və ya kütlə immunitetinə nail ola bilməyəcəyik" Səhiyyə Təşkilatından alim Soumya Swaminathan bildirib. Ona görə də koronavirusun qarşısını almaq üçün fiziki məsafə, əl yumaq və maska geyinmək əsas vasitələr olaraq qalır.

O həmçinin bildirib ki, peyvəndlər gəlməyə davam edir və onlar bütün ölkələrə çatacaq, ancaq ona qədər biraz da səbrli olmaq, gigiyeniya və məsafə qaydalarını gözləmək lazımdır.

Buradan paylaş: