Amerikada son 70 ildə ilk dəfə qadın məhbus edam edilib

13.01.2021

Photo

Amerikada Lisa Montgomery adlı məhbus edam edilib. O Amerikada son 70 ildə edam edilən ilk qadın olub.

Lisa 2004-cü ildə 23 yaşlı hamilə qadını boğaraq öldürüb sonra qadının qarnını kəsərək uşağı çıxarıb.

Edam hökmündən əvvəl Lisadan son olaraq hər hansı sözünün olub olmadığı soruşulub, o isə yox deyib. Bundan əvvəl edam hökmü iki dəfə koronavirusa görə ertələnmişdi

Valideyn sevgisi həyatın sonrakı mərhələlərində inkişafa necə təsir edir?

52 yaşlı Lisanın vəkilləri qadının beyin zədəsi ilə doğulduğunu, uşaq vaxtında zorakılığa məruz qaldığını və hazırda ağlının yerində olmadığını əsas gətirərək onun edam olunmasına etiraz ediblər.

Vəkillər bildiriblər ki, o uşaq vaxtı atası tərəfindən fiziki və seksual zorakılığa məruz qalıb, anası və ailəsi tərəfindən seksual istismar edilib.

Cinayət vaxtı Lisanın psixoz vəziyyətində və reallıqdan qopmuş halda olduğu bildirilib və bu fikir onun keçmiş və indiki 41 vəkili, Amerika İnsan Haqqları Komissiyası tərəfindən dəstəklənib. Ancaq Lisanın 23 yaşlı qurbanının ailəsi cinayəti o qədər dəhşətli hesab edib ki, ruhi sağlamlığının yerində olmamasına baxmayaraq onun edama layiq olduğunu bildiriblər.

Lisa Montgomery ölümcül iynə vurularaq edam edilib.

Buradan paylaş: