Koronavirusu müalicə edən daha 2 dərman tapıldı

08.01.2021

Photo

Koronavirusdan əziyyət çəkən xəstələrdə ölüm hallarını azaldan daha iki dərman tapılıb. Əvvəllər iltihab əleyhinə istifadə edilən damcı dərman İngiltərədəki sınaqlarda özünü doğruldub.

Tocilizumab və sarilumab adlı dərmanlar koronavirus xəstələri arasında təkcə ölüm hallarını azaltmır, o həmçinin xəstəliyin ağır mərhələsindəki davametmə müddətini azaldır və xəstələrin tez sağalmasına səbəb olur.

İngiltərə daxil olmaqla 6 ölkədə reanimasiyada olan 800 xəstə üzərində aparılan sınaqlar göstərib ki, standart müalicə alan xəstələrin 36%-i həyatını itirib. Yeni dərmanların verildiyi xəstələr arasında isə bu göstərici 27% olub. Ümumilikdə yeni dərmanlar reanimasiyada olan hər 12 xəstədən 1-nin həyatını xilas edir.

Vaksinlər milyonlarla insanın həyatını necə xilas edib?

İngiltərə Səhiyyə rəsmisi Stephen Powis ölüm hallarını azaldan yeni dərmanların bilinməsini olduqca xoş xəbər adlandırıb və onu koronavirusla mübarizədə daha bir pozitiv tərəqqi saydığını bildirib.

Yeni dərmanlar xəstələrdə ciyərləri və digər orqanları zədələyə bilən sətəlcəmin qarşısını alır. Yeni dərmanların xəstələr arasında ölüm riskini 24% azaltdığı təsdiqlənəndən sonra onların koronavirusun müalicəsində kütləvi icazəsinə başlanıldığı bildirilib.

Xatırladaq ki, bundan əvvəl dexamethasone adlı dərmanın koronavirusun müalicəsində effektiv nəticə göstərdiyi məlum idi. Ancaq dexamethasone-dan fərqli olaraq yeni dərmanların qiyməti ucuz deyil. Onların qiyməti 750-1000 sterlinqdir.

Buradan paylaş: