Avstraliya yanğınları: Qəhrəman it qoyun sürüsünü yanğından xilas edib (Foto)

14.01.2020

Photo

Patsi ləqəbli it 900 qoyunu yanğınların arasıyla təhlükəsiz yerə çatdırıb.

Bilge.az "mymodernmet.com"a istinadən xəbər verir ki, Avstraliyada yanğınları davam etdikcə və təbii fəlakətin miqyası genişləndikcə, qəhrəmanların da sayı artır. Yanğınlarla mübarizə çərçivəsində yanğındöndürənlərlə, sıravi fədakar insanlarla yanaşı, heyvanlar da öz qəhrəmanlıqları ilə seçilirlər.

Heyvanlar insanlar kimi həqiqi ağrı yaşayırlarmı?

Belələrindən biri də Patsi ləqəbli Kolli cinsindən olan Avstraliya çoban itidir. Çeviklikləri və güclü iş etikası ilə seçilən it cinsindən olan 6 yaşlı Patsi yanğınlar zamanı sahibinə kömək edib və bir an olsun işindən ayrılmadan, qəhrəmanlıqla böyük bir qoyun sürüsünü təhlükəsiz yerə çatdırıb.

"Patsi olmasaydı, mən bu çətinliyin öhdəsindən gələ bilməzdim", - itin sahibi Stefen Hill televiziyaya açıqlamasında deyib: "O, ömrünün qalan hissəsində ən böyük imtiyazlara layiqdir".

Göstərdiyi qəhrəmanlığa görə, Patsiyə "Möcüzə it" deyə daha bir ləqəb verilib.

Bilge.az

Buradan paylaş: