İnkişaf etməkdə olan ölkələrdə ən bədbəxt yaş dövrü açıqlanıb

14.01.2020

Photo

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə ən bədbəxt yaş dövrü orta yaş dövrüdür

Bilge.az xəbər verir ki, inkişaf etməkdə olan ölkələrdə "ən bədbəxt" yaş dövrü 48,2 yaşdır. Bu barədə ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun apardığı araşdırmada məlumat verilib.

Bu gündən meditasiyaya başlamaq üçün 20 elmi səbəb

Tədqiqatın müəllifi David Blançflauer dünyanın 132 ölkəsinin sakinlərinin U-döngəsi şəklində xoşbəxtlik təsvirini çəkib, təsvirdə ən dar nöqtə ən bədbəxt yaş dövrünü göstərib. Gəlirin miqyasından və ömrün uzunluğundan asılı olmayaraq, bu an orta yaş dövrünə təsadüf edib.

Tədqiqat zamanı əsasən Rusiya, Çin, Braziliya daxil olmaqla, 95 inkişaf etməkdə olan ölkə araşdırılıb. Hər bir ölkədə ortalama olaraq, 48,2 yaş dövrü "bədbəxtliyinin pikinin" yaşandığı dövr olub.

Tədqiqat zamanı inkişaf etmiş ölkələr kimi qəbul olunmuş Avropa Birliyi ölkələri, ABŞ, Kanada, Avstraliya, İsveçrə, Norveç və Yaponiyada isə ən bədbəxt yaş dövrü ortalama olaraq 47,2 yaş kimi göstərilib.

Bilge.az

Buradan paylaş: