6 yaşlı oğlanın kosmos arzusuna NASA-dan dəstək gəldi

01.12.2020

Photo

İrlandiyalı 6 yaşlı Adam King kosmos ehtirasını bildirəndən sonra NASA-nın (Amerika Milli Aeronavtika və Kosmos İdarəsi) diqqətini cəlb edib.

Adam İrlandiya televiziyasında qatıldığı bir uşaq verilişdə aparıcı ondan böyüyəndə nə olmaq istədiyini soruşur. Adam NASA-da kosmik gəmi rabitəçisi olmaq istədiyini bildirib.

Aparıcı ondan bir gün astronavt olmaq istəyərmi deyə soruşanda, 6 yaşlı oğlan deyir: kövrək sümüklərim olduğu üçün astronavt ola bilmərəm.

Atam Karl Saqandan ölüm və ölümsüzlük haqqında dərslər

Əngəlli uşaq bundan sonra dünyaca məşhur astronavtlar, həmçinin Amerika və Avropa kosmik agentliklərindən dəstək mesajları alıb.

NASA öz twitter səhifəsində "Biz onun bir gün bizim xəyalpərəstlər komandasına qoşulmasını səbirsizliklə gözləyirik. O hazır olana qədər biz burda olacağıq" yazıb.

Britaniyalı astronavt Tim Peake Adamı superstar adlandırıb və onun ən çox ehtiyacımız olan vaxtdı bizim ürəklərimizi isitdiyini bildirib.

Buradan paylaş: