Temperaturun artması okeanlardakı oksigenin tükənməsinə səbəb olur

10.12.2019

Photo

Sualtı dünya təhlükə altındadır

Bilge.az xəbər verir ki, iqlim dəyişikliyi və qida kirliliyi səbəbindən okeanlardakı oksigen səviyyəsi aşağı düşür. Bu isə çox sayda balıq növlərinin mövcudluğuna qarşı böyük təhlükədir.

Əgər iqlim dəyişikliyi görməzdən gəlinsə, sivilizasiya məhv olacaq

Beynəlxaq Təbiəti Mühafizə Birliyinin (IUCN) apardığı və son dövrlərdə bu sahədə aparılan ən genişmiqyaslı işlərdən birinin gəldiyi qənaət belədir.

Tədqiqatçıları iqlim dəyişikliyi səbəbindən oksigen çatışmazlığının hədsiz dərəcədə çətin vəziyyət yaratdığını bildirirlər.

1960-cı illərdə 45 okean sahəsində oksigen çatışmazlığı təsbit edildiyi halda, bu gün bu göstərici 700-ə çatıb.

Tədqiqatçıları bu vəziyyətin qılıncbalıq, tunes balığı və köpəkbalığı kimi bir çox növlərin həyatına təhükə olduğunu bildirirlər.

IUCN-in nümayəndəsi məsələ ilə əlaqədar açıqlama verib: "Oksigensizləşmə məsələsində bir müddət idi məlumata sahib idik, ancaq bunun iqlim dəyişikliyi ilə əlaqədar olduğunu bilmirdik. Vəziyyət həqiqətən də narahatverici səviyyədədir. Son 50 ildə oksigen səviyyəsi 4 dəfə aşağı düşüb. Həmçinin emissiyaların ideal dərəcədə olduğu dövrlərdə belə oksigen azalmaqda davam edəcək".

Bilge.az

Buradan paylaş: