Anti-təcavüz mahnısı beynəlxalq feminist fenomeninə çevrilib (Video)

10.12.2019

Photo

Anti-təcavüz mahnısı qısa müddətdə bütüb dünyaya yayılıb

Bilge.az "Guardian"a istinadən xəbər verir ki, Çilidə bir müddət əvvəl etiraz aksiyaları zamanı oxunan təcavüz və qurbanı utandırmaq ənənəsi ilə bağlı mahnı bütün dünyada feministlər arasında viral himnə çevrilib.

"Un Violador en Tu Camino" (Yoluna çıxan təcavüzçü) adlı mahnı ilk dəfə noyabrın sonunda Çilidə sosial bərabərsizliyə qarşı edilən ölkəmiqyaslı etirazlar zamanı səsləndirilib, bundan sonra da dildən dilə düşüb.

Mahnı və onu müşayiət edən rəqs qısa zaman ərzində viral olub, əvvəlcə Latln Amerikasında, sonra isə bütün dünyada, Meksika, Kolumbiya, Fransa, İspaniya və Birləşmiş Krallıq kimi ölkələrdə məşhurlaşıb.

"Yoluna çıxan təcavüzçü" argentinalı nəzəriyyəçi Rita Seqatonun əsərindən ilhamlanaraq yaradılıb. Rita Seqato cinsi zorakılığın əxlaqi deyil, siyasi problem olduğunu iddia edir.

Mahnının sözləri polis, ədliyyə və hüquq mühafizə orqanları kimi institutların qadın haqlarına qarşı necə sistemli zorakılıq tərətdiyini əks etdirir. "Təcavüzçü sizsiniz/Polislərdir/Hakimlərdir/Dövlətdir/Prezidentdir - mahnının sözlərində deyilir.

Bilge.az

Buradan paylaş: