Finlandiyada 34 yaşlı qadın dünyanın ən gənc baş naziri seçilib

10.12.2019

Photo

Sanna Marin ölkəsində dəyişikliklərə dair vəd verib

Bilge.az "BBC"yə istinadən xəbər verir ki, Finlandiyada Sosial Demokrat Partiyasının liderliyinə seçilərək, koalisiya hökumətinin başına keçən 34 yaşlı Rabitə və İnformasiya naziri Sanna Marin dünyanın ən gənc baş naziri olub.

Marinin bu həftə ərzində and içərək vəzifəsinin icrasına başlaması gözlənilir.

Finlandiyada aprel ayında keçirilən seçkilərdə birinci olan Sosial Demokrat Partiyasının başçılığı altında iyun ayında qurulan mərkəz-sol koalisiyasında yer alan beş partiyanın hamısının sədri qadınlardır. Marin də daxil olmaqla, koalisiyanı formalaşdıran beş partiyanın dördünün yaşı 35-dən yaşdan aşağıdır.

Marin yaşıyla bağlı suallara adətən belə cavab verir: "Heç bir vaxt cinsimi düşünərək hərəkət etməmişəm. Mənim üçün ən vacibi siyasətə gəlməyimin səbəbləri və seçicinin son seçkilərdə bizə göstərdiyi etimaddır".

Marinin 22 aylıq bir qızı var. Finlandiya mətbuatının yazdığına görə, Marin atasız bir ailədə anası tərəfindən böyüdülüb və ailəsində ali təhsil alan ilk insan olub. O, 2012-ci ildə 27 yaşında olarkən, doğma Tampere şəhərinin Bələdiyyə Məclisi Sədrliyinə seçilib və Sosial Demokrat Partiyasının daxilində sürətlə yüksəlib. 2015-ci ildə isə millət vəkili seçkilib.

Qeyd edək ki, Sanna Marin Finlandiyanın üçüncü qadın Baş naziridir.

Bilge.az

Feminizm kişilərin saqqalına necə təsir edib?

Buradan paylaş: