5 yaşlı uşaq övladlığa götürülmə tədbirinə sinif yoldaşlarını çağırıb (Foto)

10.12.2019

Photo

Mayklın övladlığa götürülmə mərasimi sosial şəbəkələrdə də geniş maraq doğurub

Bilge.az "BBC"yə istinadən xəbər verir ki, ABŞ-ın Miçiqan ştatında 5 yaşlı uşaq leqal övladlığa götürülmə tədbirinə uşaq baxğasındakı bütün sinif yoldaşlarını da çağırıb. Nəticədə ortaya çox maraqlı kadrlar çıxıb.

Maykl adlı oğlan Kent Kountidə rəsmi şəkildə özünün yeni ailəsinə qoşulub. Dinləmələr zamanı hər bir uşaq niyə Mayklı dəstəkləməyə gəldiyini açıqlayıb

"Maykl mənim ən yaxşı dostumdur", - Stiven adlı oğlancığaz deyib.

"Mənim adım Lilidir, mən Mayklı sevirəm", - balaca Patrisia Qardner deyib.

Mayklın bağça yoldaşları, müəllimlər və uşaqların valideynləri övladlığa götürülmə mərasiminin sonunu gur alqışlarla qeyd ediblər.

Mayklın dinləmələr zamanı çəkilən şəkilləri də sosial şəbəkələrdə böyük maraq doğurub.

Bilge.az

Buradan paylaş: