Çinin dövlət və özəl sektorunda xarici texnologiya qadağan ediləcək

10.12.2019

Photo

3 il ərzində Çində 30 milyon texnoloji avadanlığın dəyişdirilməsi planlaşdırılır

Bilge.az "CNN"ə istinadən xəbər verir ki, Çin hökuməti dövlət idarələrində və özəl təsisatlarda xarici proqram təminatlarını və kompüterləri qadağan etməyi planlaşdırır. Məqsəd ticarət müharibəsi çərçivəsində ABŞ texnologiya şirkətlərinin satışlarının qarşısını almaqdır.

Dünyada soyuq texnologiya müharibəsi dövrü başladı

Pekin hökumətinin proqram təminatı və texnologiya vasitələrinin 3 il ərzində qadağan olunmasına dair tapşırıq verdiyi bildirilir. Nəticə etibarilə Çində 30 milyon texnoloji avadanlığın dəyişdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ-Çin ticarət münasibətlərinin gərginləşməsi fonunda bundan əvvəl Donald Trampın administrasiyası Çinin "Huawei" şirkətinə ağır sanksiyalar tətbiq etmişdi. ABŞ texnologiyasının qadağan olunmasının da Çinin ABŞ-a əks-zərbəsi hesab edilir.

Bilge.az

Buradan paylaş: