İngiltərə Huawei avadanlığının 5G şəbəkəsində istifadəsini qadağan edib

30.11.2020

Photo

İngiltərə höküməti sentyabr ayından Huawei şirkətinin avadanlıqlarının 5G şəbəkəsində istifadəsini qadağan etmək qərarı verib. Qərar əvvəldən avadanlıqla özünü təmin etmiş bazar üçün sürpriz olub.

Hökümət kritik dövlət sturukturunda Çin istehsalı avadanlıqların istifadəsinin qarşısını almaq qərarı verib. Çin şirkətinə məxsus 5G avadanlıqlarının telekomunikasiya şəbəkəsində quraşdırılması 2021-ci il sentyabdan qadağan edilir.

Həmçinin 2027-ci ildən Huawei şirkətinə məxsus bütün avadanlıqların 5G şəbəkəsindən tamamilə çıxarılmasını nəzərdə tutan yeni qanun qəbul ediləcək.

Çin Xalq Respublikası 70 yaşında: İqtisadi möcüzə necə baş verdi?

Qərar Tramp adminitrasiyasının Çinə qarşı tətbiq etdiyi yeni sanksiyalar və müxalif parlamentarilərin milli təhlükəsizliyi əsas gətirməsindən sonra verilib. Qadağanın 2 milyard dollardan çox zərər gətirəcəyi gözlənilir.

Hökümət rəsmisi Oliver Dowden bildirib ki, bu gündən bütün yüksək riskli təhcizatın bizim 5G şəbəkəsindən tamamilə uzaqlaşdırılması üçün yeni prosesə start verilir. Yeni və görünməmiş güc vasitəsilə milli təhlükəsizliyimizə təhdid olan telekomunikasiya avadanlıqları müəyyən edilib qadağan ediləcək.

Çin istehsalçıları avadanlıqların casusluq məqsədilə istifadə edilməsini təkzib edir.

Buradan paylaş: