Angela Merkel: Alman kimliyini nasis cinayətlərindən ayırmaq mümkünsüzdür

09.12.2019

Photo

"Bu kədəri ifadə etmək üçün sözlər kifayət etməz"

Bilge.az xəbər verir ki, Almaniyanın kansleri Angela Merkel Hitler nasizmi dövründə ən böyük ölüm düşərgəsi olan Auşvitzi ziyarəti zamanı nasist cinayətlərindən utandıqlarını deyib və həmçinin buradan ölkənin yeni sağçı radikallarına mesajlar göndərib.

Faşizm əslində nədir? Və nə deyil?

Ölkənin sağçı radikal partiyası Almaniya üçün Alternativ partiyasının "Nasist Almaniyasına görə, üzrxahlığın miqyası kiçilməli və ölkə tarixinin digər fəxarətli hadisələrinə köklənilməlidir" çağırışına Merkel mesaj göndərib: "Nasist cinayətləri Almaniyanın milli kimliyinin bir parçası olub. Cinayətləri anmaq... əbədi davam edəcək məsuliyyətdir. Bunu bizim ölkəmizdən ayırmaq mümkünsüzdür. Bu məsuliyyətin fərqində olmaq, bizim aydınlanmış və qanunun aliliyilə təmin olunmuş demokratik milli kimliyimizin, özünüdərkimizin bir parçasıdır".

Merkel deyib ki, Auşvitz "bizim yaddaşımızı canlı saxlamağımızı tələb edir".

O, 1940-45-ci illər arasında milyonlarla yəhudinin həyatını itirdiyi Auşvitz-Birkenau düşərgəsində baş verənlərin Almaniya üçün "hüdudsuz xəcalət" olduğunu ifadə edib: "Bu kədəri ifadə etmək üçün sözlər kifayət etməz".

Holokostdan sağ çıxanlara müraciət edən kansler deyib: "Mən Şoanın qurbanları qarşısında baş əyirəm".

Angela Merkel həmçinin son illərdə Almaniyada anti-Semitizmin yüksəlişinə və nifrət cinayətlərinin çoxalmasına da münasibət bildirib və bunun səviyyəsinin "təhlükəli həddə" çatdığını vurğulayıb.

"Anti-Semitizmlə mübarizə aparmaq üçün yoxetmə düşərgələrinin tarixi danışılmalı və paylaşılmalıdır", - o deyib.

Bilge.az

Buradan paylaş: