Yekun nəticə - Moderna koronavirus peyvəndi 94% effektivlik göstərdi

30.11.2020

Photo

ABŞ-ın “Moderna” şirkətinin koronavirusa qarşı hazırladığı peyvəndin effektivlik göstəricisi açıqlanıb. Peyvəndin yekun nəticələri 94 %-lik effektivlik göstərib. Şirkət bildirib ki, peyvənd olunan heçkimdə hər hansı ciddi yan təsir müşahidə olunmayıb. Bununla bağlı nəticələr şirkətin rəsmi saytında yayılıb.

Şirkət Abş, Avropa və İngilətərədə nəzarət edici orqanlara təcili təsdiqlənmə üçün müraciət edib. Amerika Qida Təhlükəsizliyi orqanının peyvəndi 17 dekbarda təsdiqləyəcəyi gözlənilir.

İlkin analizlərə əsasən, koronavirusa qarşı peyvəndin səmərəliyi 94,1 %, xəstəliyin ağır hallarında isə 100 % olub. Amerikada peyvənd 30 min insana vurulub. Sınaq əsasən kritik qrup olan 65 yaş üstü şəxslər və daha cavan, xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər üzərində aparılıb və ölüm halı olmayıb.

"İnanırıq ki, bizim peyvənd pandemiyanın məcrasını dəyişə biləcək və xəstəliyin ağır hallarının, ölümün qarşısını almağa kömək edəcək yeni və güclü vasitə olacaq" deyə Moderna şirkətinin rəhbəri Stéphane Bancel bildirib.

Şirkət ilk peyvəndlərini Amerikaya satacaq, İngilətərənin sifariş verdiyi 7 milyon doza ölkəyə martda yetişəcək. 2021-ci ildə qlobal olaraq şirkət 500 milyon 1 milyard arası peyvənd istehsal etməyi planlaşdırır.

Təhlükə - COVID-19

Hazırda Moderna ilə birlikdə daha iki şirkət Pfizer və Oxford AstraZeneca tənzimləyici qurumlara təsdiqlənmə üçün müraciət ediblər.

Xatırladaq ki, indiyədək dünyada 63 milyondan çox insanda COVID-19 qeydə alınıb. 1,5 milyona yaxın insan virusun qurbanı olub, 43 milyondan çox pasiyent isə sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Buradan paylaş: