İtmiş sivilizasiya - Amazonda ibtidai insana aid nəhəng qayaüstü rəsmlər tapılıb

30.11.2020

Photo

Amazon meşələrində qədim dövrə aid böyük ölçü ərazidə qayaüstü rəmslər aşkarlanıb. Qədim ibadətgah yeri Kolumbiyada Chiribiquete milli parkında keçən il ingilis kolumbiya arxaeloqları komandası tərəfindən aşkar edilib.

Rəmslərin tarixi orda təsvir olunan heyvan növlərinə görə təyin edilib. Təsvir olunan heyvanlar içində çoxdan nəsli tükənmiş növlər də var. Təsvirdə yer alan buz dövrünə aid Mastodon-un Cənubi Amerikada ən son 12000 il bundan mövcud olduğu bilinir. Ona görə də rəsmlərin yaşını 12000 il hesablayırlar.

Rəsmlərdə nəsli tükənmiş palaeolama dəvə növünün və buz dövrü atlarının təsvirləri var. Orada həmçinin insan əli rəsmləri də mövcuddur.

Amazondakı əksər yerli qəbilələrin 17000 il əvvəl Bering-i keçmiş Sibir köçünün ilk davamçıları olduğu bildirilir.

Rəsm əsərlərinin dəqiq müəllifi bilinməsə də, ərazidə iki qəbilə Yanomami və Kayapo-nun minlərlə ildir yaşadığı güman edilir.

Amazon qəbilələrinin yazı izləri qalmayıb, həmçinin rütubətli hava və torpaq onların az qala bütün maddi izlərini məhv edib. Son qapıntıya qədər ərazidən çox az şey bilinirdi. Hazırda qədim sivilizasiyaya işıq salan bu rəsmlərin Amazona gələn ilk insanlar tərəfindən yaradıldığı bildirilir.

Keçən il tapılsa da bu ilə qədər gizli saxlanılan qayaüstü rəsmlər haqqında dekabr ayından kanal 4-də "Cəngəllik müəmması - Amazonun itirilmiş səltənəti" adlı seriya film nümayiş olunacaq.

Buradan paylaş: