Oğrular üçün qurduğu tələyə özü düşən adam ölüb

01.12.2019

Photo

Polis evdə başqa tələlərin də olduğunu müəyyən edib

Bilge.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Meyn ştatında evinin qarşısına qurduğu tələyə düşən adam ölüb.

Van Buren qəsəbəsində yaşayan 65 yaşlı Ronald Sir həyətinə oğrular girməsin deyə, evinin qarşısına silahlı tələ qurub.

Konspirologiya nəzəriyyələrinə inanmaqla əqli sağlamlıq arasında əlaqə varmı?

Bir müddətdən sonra Sir özünün hazırladığı tələyə düşüb.

Polis xəstəxanaya çatdırılan Sirin həyatını xilas etməyin mümkün olmadığını bildirib.

Van Buren Polis Şöbəsinin "Facebook" hesabında məsələ ilə bağlı açıqlamada bildirilib: "Səhərin erkən radələrində apardığımız genişmiqyaslı axtarışlardan sonra cənab Sirin evində hazırladığı bir tələdən çıxan güllə ilə öldüyü müəyyən edilmişdir".

Evdə axtarışlar aparandan sonra başqa tələlər də tapan polis hadisə yerinə Meyn Bomba Təmizləmə Komandasını çağırıb.

Qeyd edək ki, Amerikada ilk dəfə deyil ki, bir şəxs başqası üçün qurduğu tələyə özü düşür. Ölkədə müəyyən müddətdən bir belə hadisələr baş verir.

Ölkədə başqaları üçün ölümcül tələlər qurmaq qanunla qadağandır. Bununla belə, insanlar başqaları üçün silahlı tələlər qurmağa davam edirlər.

Bilge.az

Buradan paylaş: