Fucking kəndi adını dəyişir

29.11.2020

Photo

Avstriyadakı bu balaca kəndin əhalisi kənd üçün başağrısına çevrilən addan yaxasını qurtarır. Çoxdandı kəndin adına görə əziyyət çəkən yerli əhali yanvarın 1-dən kəndin adının dəyişidirilməsini təsdiqləyiblər.

Avstriyadakı bu kəndin adı Fucking-dir. Kəndin adına görə oraya turist səyahətləri artıb. Tez-tez də kəndin adının yazıldığı löhvə oğurlanır. Kommunanın meri Andrea Holzner bildirib ki, yeni ildən kəndin adı Fucking-dən Fugging-ə dəyişiləcək.

Avstriyanın Almaniya ilə sərhəddində yerləşən yer adının alman dilində heç bir mənası yoxdu. Kəndin 100 nəfərə yaxın əhalisi turist axınından və kəndin nişanlarının oğurlanmasından qəzəbləndiyi üçün çoxdandı yer adını dəyişmək istəyir.

Maraqlıdır ki, Fucking kəndi internetin yayılmasından əvvəl dünyaya bu qədər tanınmamışdı. Sonradan kəndin adının internetdəki məzəli yer adları siyahılarında çıxması onu məşhurlaşdırıb.

Buradan paylaş: