Almaniyada ölkələrin bayrağını yandırmaq qanunla cinayət elan edildi

15.05.2020

Photo

Almaniyada Avropa Birliyi və digər ölkələrin bayrağını ictimai şəkildə yandırmaq qanunla qadağan edildi. Bayraq yandırmaq nifrət cinayəti hesab edilir.

Bundan sonra hər hansı ölkənin və AB-nın bayrağını ictimai şəkildə yandıran adamı 3 ilədək həbs cəzası gözləyir.

Almaniya parlamentində səsvermə başqa ölkələrin bayrağını təhqir etməyi Almaniyanın özünün bayrağını təhqir etməyə bərabər tutub.

Faşizm əslində nədir? Və nə deyil?

Yeni qanun həmçinin bayraqların cırılmasını da qadağan edir.

Qanun Sosial Demokratlar tərəfindən 2017-ci ildə İsrail bayrağının yandırılmasından sonra irəli sürülmüşdü.

Ədliyyə Naziri Christine Lambrecht bildirib ki, ictimai şəkildə ölkə bayraqlarını yandırmağın dinc nümayiş keçirməklə heç bir əlaqəsi yoxdu. Əksinə bu qəzəb, aqresiya və nifrəti körükləyir və bir çox insanın hisslərini təhqir edir.

Sağ radikal AfD partiyası yeni qanuna etiraz edib və onu ifadə azadlığına aşırı müdaxilə kimi qiymətləndirib.

Buradan paylaş: