Ukranyada 50 surroqat körpə karantinə görə valideynlərinə qovuşa bilmir

15.05.2020

Photo

Ukranyada surroqant anaların dünyaya gətirdiyi 50-dən çox körpə karantin səbəbilə valideynlərinə qovuşa bilmir.

Uşaqların valideynləri əsasən Avropa ölkələrindən, İsrail və Amerikadandı. Ukranya karantin səbəbilə sərhədlərini bağladığına görə valideynlər gəlib uşaqlarını apara bilmir. Onlar ancaq video zənglər vasitəsilə uşaqlarını görə bilir.

Valideyn sevgisi həyatın sonrakı mərhələlərində inkişafa necə təsir edir?

Surroqat analıq Avropa ölkələrində qadağandır. Ukranyada isə surroqat uşaq dünyaya gətirməyin sənayesi qurulub və dünyanın hər yerindən insanlar surroqat uşağa sahiblənmək üçün Ukranyaya gəlir.

Bu cür valideynliyi əsasən uşaq dünyaya gətirə bilməyən cütlüklər və ya subay kişilər edirlər. Onların əvəzinə seçilmiş qadın onlar üçün uşaq dünyaya gətirir. Genetik ana yumurtası ilə genetik ata spermasından mayalanan 3-5 günlük rüşeym uşağı dünyaya gətirmək istəyən "daşıyıcı" ananın uşaqlığına yerləşdirilir. Bəzən isə daşıyıcı ana yumurta verən ana olur.

Ukranyada bu servis üçün anaların 15000-17000 dollar qazandığı bildirilir.

Buradan paylaş: