Yeni hesabat: Pandemiya dünya boyunca nifrət sunamisi yaradıb

11.05.2020

Photo

MBT baş katibi António Guterres koronavirus pandemiyasının dünya boyunca "nifrət, ksenofobiya, günah keçisi axtarma və qorxu yayma" sunamisi yaratdığını bildirib.

O qlobal səviyyədə nifrət nitqini dayandırmaq üçün hər cür imkanların səfərbər olunmasına çağırıb.

Baş katib xaricilərə qarşı əhval ruhiyənin həm internet üzərində, həm də real həyatda artdığını bildirib və anti semit konspirologiya nəzəriyyələrini və koronavirusla əlaqəli anti müsəlman hücumlarını vurğulayıb.

Stereotip nədir və ondan necə qurtulmaq olar?

Guterres həmçinin miqrant və qaçqınların pandemiyanın səbəbkarları kimi günahlandırılğını və tibbi xidmətdən mərhum edildiyini bildirib.

O ekstremistlərin nifaq yaydığı bir vaxtda siyasətçiləri bütün vətəndaşlarla birlik göstərməyə, təhsil institutlarını onlayn bilginin artırılmasına fokuslanmağa çağırıb.

BMT baş katibi mediadan ifrqçi və hər növ zərərli məzmunu silməyi, vətəndaş cəmiyyətindən həssas insan qruplarına dəstək verməyi, dini fiqurları isə qarşılıqlı hörmətin nümunəsi olmağa səsləyib.

Guterres bildirir ki, koronavirus üçün bizim kim olduğumuz, harada yaşadığımız, nəyə inandığımız heç bir fərq eləmir. "Mən hər yerdə, hər kəsdən nifrətə qarşı durmağı, bir birinə ləyaqətlə davranmağı və mərhəmət və yaxşılığı yaymaq üçün hər cür fürsətdən yararlanmağı xahiş edirəm" deyə bildirib baş katib.

Buradan paylaş: