Yeni araşdırması - koronavirus oktyabrdan başlayıb və 200 mutasiya keçirib

07.05.2020

Photo

Bir qrup araşdırmaçılar koronavirusla bağlı yeni məlumat əldə edən araşdırma aparıblar. 7500 koronavirus xəstəsindən götürülən nümunələr əsasında aparılan təhqiqatın nəticələrinə görə virus Çində 2019-cu ilin oktyabr dekabr aylarında başlayıb və sürətlə dünyaya yayılıb.

London Genetika institutunun alimləri koronavirusun 200 mutasiyasının olduğunu aşkarlayıblar. İnfeksiya, Genetika və Təkamül jurnalında dərc edilən təhqiqat aşkarlayıb ki, koronavirus təxminən 2019-cu il oktyabr, dekabr aralığında yaranıb və insandan insana sürətlə keçdikcə təkrarlanan 200 mutasiya keçirib.

"Bütün dəlillər virusun mənbəyini keçən ilin sonuna aparır və başqa cür düşünməyə heç bir səbəb yoxdu" Britaniyanın Francis Crick institutundan viroloq Jonathan Stoye deyir.

Bu günlərdə Fransada da xəstəliyin rəsmi bilinəndən daha əvvəl yayıldğına dair maraqlı fakt aşkarlanıb. Beləki Fransada ilk rəsmi koronavirus dekabr ayında qeydə alınsa da, sonradan məlub olub ki, yanvar ayında müalicə alan xəstə koronavirus imiş.

Dünya Səhiyyə Təşkilatı faktların sürpriz olmadığını bildirir və ölkələri bu yöndə araşdırmalar aparmağa səsləyir.

Buradan paylaş: