Keyfiyyətli yuxu üçün 6 vacib məsləhət

Emosional İntellekt
Photo

Yuxunun insan həyatının keyfiyyətinə müsbət təsir göstərdiyinə dair çox sayda elmi tədqiqat mövcuddur. Bununla belə, hələ də bir çox insan üçün yuxuya getmək və keyfiyyətli yuxu yatmaq o qədər də asan məsələ deyil. Yuxunun keyfiyyətini artırmaq üçün nələr edə bilərik?

Yuxu mütəxəssisi Metyu Valker (Mathhew Walker) belə deyir: “Uzun və sağlam həyat yaşamaq istəyirsinizsə, gecələr yaxşı yuxu yatmağa çalışmalısınız”.

Berkli Kaliforniya Universitetində nevrologiya və psixologiya fakültəsinin əməkdaşı olan Valker yoluxucu xəstəliklərlə bağlı aparılan bir çox tədqiqatlarda iştirak edən milyonlarla insandan götürülən dataları analiz edib və yuxu ilə sağlam həyat arasındakı əlaqəyə dair tapıntılarını kitab şəklində yayımlayıb.

Valker yuxunu belə xarkterizə edir: “Yuxu dünya miqyasında mövcud olan ən demokratik və ən ödənişsiz sağlamlıq sistemidir”.

Təxminən yarım əsr davam edən tədqiqatlardan sonra yuxu sahəsində araşdırma aparan elm adamları “yuxunun faydalarının nə olduğu” sualına deyil, “yuxunun bizə vermədiyi fayda olub-olmadığı” sualına fokuslanmağa çalışırlar.

Yuxunun bizə faydaları nələrdir?

Aparılan elmi tədqiqatlar yuxusuzluğun beynimiz və bədənimizə çox ciddi təsir etdiyini göstərib.

Bu gündən meditasiyaya başlamaq üçün 20 elmi səbəb

Alzeymer, xərçəng, infarkt, obezlik, şəkər, depressiya və hətta intihar kimi ölümlərə səbəb olan vaqiələrin demək olar ki, hamısının yuxusuzluqla birbaşa və ya bilavasitə əlaqəsi var.

İnsanın bədənindəki konkret fiziologiya sistemləri və beyinlə əlaqəli fəaliyyətlər yuxu zamanı yenilənir. Yuxusuzluq vaxtı isə ciddi problemlər baş verir.

Bununla belə, yuxunun malik olduğu bütün faydalara baxmayaraq, yuxuya getmək heç də həmişə asan olmur. Yuxu həblərinin özləriylə gətirdiyi çoxsaylı sağlamlıq problemi səbəbindən verdikləri fayda mübahisəlidir.

Bəs keyfiyyətli yuxu üçün nələr edilməlidir?

Professor Valker yaxşı yuxu üçün 6 məsləhət verir:

1. Hər gün eyni saatda yatıb, eyni saatda durun

Yaxşı yuxu disiplini yaratmağın ilk addımı çox bəsitdir: hər gün eyni saatda yatın və eyni saatda yuxudan durun.

Bunların içində ən vacibi yuxudan durmaq saatını vərdişə çevirməkdir. Hər gün eyni saatda yuxudan dursanız, onda günün sonunda da eyni saatlarda yuxunuz gəlməyə başlayacaq.

2. Otağınızı qaranlıq edin

Bədənin bioritminin qaydaya düşməsində böyük rol oynayan melatonin harmonunun ifrazı üçün qaranlıq mühitin yaradılması lazımdır.

Yatmazdan bir saat əvvəl olduğunuz otağı qaranlıqlaşdırın.

Melatoninin ifrazına mənfi təsir göstərən bir digər faktor da elektronik cihazların ekranından gələn mavi işıqdır.

Yatmazdan ən az bir saat əvvəl elektronik cihaz istifadə etməyi dayandırın.

3. Mühiti sərin saxlayın

Yaxşı yuxuya nail olmağın yolu yatdığınız yerin sərin olmasından keçir.

Çünki sakit bir yuxu üçün beynimiz və bədənimizin hərarəti normadan 1 dərəcə aşağı olmalıdır.

Buna görə də yatdığınız otağın ideal hərarəti 18 dərəcə ətrafındadır.

4. Yatağınızı ancaq yuxlamaq üçün istifadə edin

Əgər yuxuya getmək üçün sərf etdiyiniz vaxt 20 dəqiqəni keçirsə, yataqdan çıxın və yuxunuz gələnə qədər başqa otağa keçib nəyləsə məşğul olmağa çalışın.

Məsələn, kitab oxuyun, televizora baxın. Amma bu işləri yatağınızda görməyin.

Mən niyə bütün kitablarımı oxumuram?

Yatağınızda yuxlamaqdan başqa bir iş görməməyiniz beyninizin buranı yuxuyla əlaqələndirməsinə, bu da öz növbəsində yuxu keyfiyyətinin artmasına səbəb olur.

5. Qəhvə kimi tətikləyiciləri azaldın

Sıravi insan gün ərzində yüksək miqdarda kola, kafein və tein kimi sinir sistemini tətikləyən maddələr istehlak edir.

Professor Valker yuxudan 12 saat əvvəl bu maddələri qəbul etməyi dayandırmağı tövsiyyə edir.

Bu səbəbdən siz hər nə qədər yuxudan bir neçə saat əvvəl qəhvə içmədiyinizi düşünsəniz də, daha erkən saatlarda qəbul edilən qəhvədən qaynaqlanan kafein bədəni aktiv saxlamaqda davam edir.

6. Alkoqol qəbuluna diqqət edin

Ümumi qənaətin əksinə, alkoqol rahat yuxu yatmağınıza kömək edir deyə bir qayda yoxdur.

Əksinə yuxudan əvvəl yüksək miqdarda alkoqol qəbulu yuxunun keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərir.

Mənbə: BBC

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR