Qasım Süleymani sui-qəsdindən sonra III Dünya Müharibəsi başlaya bilərmi?

Hər şeydən biraz
Photo

ABŞ İranın ən yüksəkçinli hərbi komandirlərindən birini, İnqilab Keşikçiləri Qüds Qüvvələrinin Komandiri general Qasım Süleymanini cümə günü İraqda təşkil olunan hücum aktıyla öldürdü.

Qasım Süleymani İranın Mərkəzi Şərqdə apardığı əməliyyatların planlaşdırıcısı idi və onun ölümü Tehran ilə Vaşinqton arasındakı gərginliyi ən pik səviyyəyə çıxardı.

Müdafiə və Diplomatiya sahəsində ixtisaslaşan müxbir Conatan Markus bu gərginlik nəticəsində gündəmə gələn sualları cavablandırıb.

Bu gərginliyin III Dünya Müharibəsinə çevrilmək ehtimalı varmı?

Qasım Süleymaninin öldürülməsindən sonra bəzi şərhçilər bunu ABŞ-ın İrana “müharibə elanı” kimi şərh etdilər. Ancaq bu tarixi hadisənin miqyasını kiçiltməli olmadığımız kimi düzgün şəkildə tərif etməyi də bacarmalıyıq.

Şeytanın müəllimi - Nəyə görə Makiavelli hələ də aktualdır?

Bu sui-qəsd III Dünya Müharibəsinə səbəb olmayacaq. Çünki Rusiya və Çin kimi ölkələr baş verən gərginliyin episentrindən uzaqdırlar.

Lakin bu hadisə Vaşinqtonun Mərkəzi Şərqdəki mövcudluğu məsələsində konkret bir rol oynaya bilər. İranın bu sui-qəsdə ciddi cavab verəcəyi gözlənilir. Bu da təsir - əks-təsir mühiti yaradacaq, iki ölkə heç vaxt olmadığı qədər qarşılıqlı müharibə şəraitinə daxil ola bilərlər.

İranın verəcəyi cavab birbaşa surətdə ABŞ-ın hərbi məqsədlərini də hədəf ala bilər, ABŞ-la əlaqəli başqa hədəflərə də istiqamətlənə bilər.

Beynəlxaq hüquqa görə belə bir sui-qəsd qanuni sayıla bilərmi?

ABŞ Süleymanini Amerikan qüvvələrinə istiqamətlənən bir çox hücumlardakı məsul şəxs kimi görürdü. Amerikan əsgərləri İraq hökumətinin icazəsiylə bu ölkədədirlər.

Süleymaninin başçılıq etdiyi Qüds Qüvvələrini də ABŞ “terrorçu təşkilat” hesab edir. Buna görə də Amerikan hüququna əsaslanmaqla, bu sui-qəsdə dair şərh vermək mümkün ola bilər.

Lakin Amerikadakı Notr Dam Universitetinin hüquq fakültəsinin professoru Maru Ellen Okonell məsələ ilə əlaqədar fərqli fikirlər ifadə edir:

“Qabaqlayıcı konstitusion müdafiə anlayışı bir sui-qəsdi heç vaxt qanuni olaraq konstitusion edə bilməz. Birləşmiş Millətlərin tərifinə görə, müdafiə hücumunun konstitusion olması üçün o, həyata keçirilmiş hücuma cavab mahiyyəti daşımalıdır”.

Ellen Okonnel sui-qəsdi “qanunsuz edam” kimi tərif edir:

“Qasım Süleymaninin insansız hava vasitəsinin hücumuyla öldürülməsi ABŞ-a edilən hücuma cavab mahiyyəti daşımırdı. İran ABŞ-ın suveren bölgəsinə qarşı hücum təşkil etməmişdi. Bu mənada ABŞ təkcə “qanunsuz edam” həyata keçirməyib, həm də İraq ərazisi daxilində qanunsuz hücum da təşkil edib”.

BMT bu hücumu necə qiymətləndirir?

BMT-yə üzv dövlətlərdən gələn müxtəlif açıqlamalardan başqa, BMT-nin baş katibi Antoniyo Qutyerres hücumdan sonra Mərkəzi Şərqdəki vəziyyətdən narahat olduğunu dilə gətirib.

Antoniyo Qutyerres belə deyib:“Hazırkı vəziyyətdə liderlərin özlərinə bacardıqları qədər hakim olmaları lazımdır. Dünya Körfəzdəki növbəti müharibəyə davam gətirə bilməz”.

Bununla belə, BMT-nin bir təşkilat kimi ortaq mövqe nümayiş etdirməsi ehtimal xaricindədir.

Siyasi mövqelər parçalandığı üçün BMT Təhlükəsizlik Şurası üzvlərinin də ortaq fikir bildirməsi mümkünsüz kimi görünür.

İranın nüvəylə cavab verməsi ehtimalı nə qədərdir? Əlində nüvə varmı?

Xeyr. İranın nüvə silahı proqramı yoxdur. Ancaq eyni zamanda əlində belə bir proqramı həyata keçirə biləcək elementlər və məlumat bazası var.

İran nəyin bahasına olursa olsun, nüvə silahına malik olmaq niyyətində olmadığını bildirib. Ancaq bu sui-qəsddən sonra, 2015-ci ildə yol xəritəsi cızılan nüvə proqramı sazişinə artıq sadiq qalmayacağını da bildirib.

Tehran hökuməti yaydığı açıqlamada bildirib ki, uran zənginləşdirmə qabiliyyətindəki məhdudiyyətlərə, zənginləşdirmənin ediləcəyi instrument anbarındakı məhdudiyyətlərə, tədqiqat və təkmilləşdirmə məsələsindəki məhdudiyyətlərə artıq əməl etməyəcək.

Tramp administrasiyası da Barak Obamanın dövründə imzalanan JCPOA adlı sazişdə tərəf olmaqdan imtina etdiyini bəyan etmişdi.

General Qasım Süleymani niyə İraqda idi? Bağdad bu məsələylə bağlı nə deyir?

Qasım Süleymaninin İraqa konkret olaraq nə məqsədlə gəldiyi məlum deyil. Ancaq İran bu ölkədəki müxtəlif şiyə qruplaşmalarını dəstəkləyir. Bu məsələ ilə yanaşı, Süleymani ilə birlikdə öldürülən Əbu Mehdi əl Mühəndis də İranın dəstəklədiyi şiyə milis qruplaşması “Haşdi Şabi”nin ikinci komandiri idi.

İraq hökuməti ərazisində həyata keçirilən hücumdan sonra çox çətin vəziyyətə düşüb. O, həm İran, həm də ABŞ ilə müttəfiqlik əlaqələrini davam etdirməklə yanaşı, ölkədə İŞİD-lə mübarizə çərçivəsində Amerikan əsgərlərindən yararlanırdı.

Qərb sivilizasiyası necə çökə bilər?

Bağdad hökuməti bir tərəfdən ABŞ-ın yaxın dövrdə şiyə milislərinə qarşı hücumlarını qınayır, digər tərəfdən də milislər tərəfindən hədəf alınan ABŞ bazalarını qorumaq üçün Vaşinqtona daha çox şey edəcəyi barədə vəd verirdi.

İraq Baş Nazirliyindən verilən açıqlamada sui-qəsd qınanıb, Qasım Süleymani və onunla birlikdə həlak olan “Haşdi Şabi”nin komandiri ilə bağlı “İŞİD-lə mübarizədə bir çox zəfər qazanmış şəhidlər” ifadəsi işlədilib.

İraq hökuməti həmçinin ABŞ-ın ölkədə olmasına icazə verən razılaşmalara uyğun davranmadığını bildirib.

ABŞ və İranın İraqdakı rolları necədir?

İran İraqdakı şiyə çoxluğundan ibarət hökumətin yaxın müttəfiqidir.

ABŞ-ın isə ölkədə beş minə yaxın əsgəri var. Bu əsgərlər İŞİD-ə qarşı mübarizə çərçivəsində İraq hərbi kontingentinə təlim keçirlər.

Bu iki regional siyasi qüvvə əsas etibarilə İraqda bir-birlərini zərərsizləşdirməyə, kənarda qoymağa çalışırlar.

Hazırda isə hamını düşündürən əsas sual budur: hansısa bir böhran nəticəsində ABŞ-ın İraqdakı mövcudluğu artıq mümkünsüz ola bilərmi?

Mənbə: BBC

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR