Bu gündən meditasiyaya başlamaq üçün 20 elmi səbəb

Emosional İntellekt
Photo

Elmi tədqiqatlar meditasiyanın sağlamlığa, xoşbəxtliyə və uğura töhfə verdiyini göstərir.

Mən meditasiyaya 9/11 hadisələrindən az sonra başlamışdım. Onda mən xaotik bir dövrdə və onsuz da yetərincə xaotik bölgə olan Manhettendə yaşayırdım. Birdən dərk etmişdim ki, məni əhatə edən xarici aləmə heç bir nəzarətim yoxdur. Ağlımda olan yeganə belə bir yer isə meditasiya idi.

Meditasiyaya başlayanda, onun məni həm də daha sağlam, xoşbəxt və uğurlu edə biləcəyini düşünmürdüm. Faydalarını gördükdən sonra isə, Stenford Universitetindəki PhD tədqiqatımı meditasiyanın təsirini öyrənməyə həsr etmək qərarına gəldim. Mən meditasiyanın kollec tələbələrindən tutmuş, müharibə veteranlarına qədər müxtəlif tarixçələri olan insanlar üzərindəki müsbət təsirlərini görmüşdüm. Əslində son 10 ildə bu barədə yüzlərlə tədqiqat işi aparılıb.

Burada sizə bugündən meditasiyaya başlamağınıza ilham verəcək 20 elmi əsaslı səbəbi təqdim edirəm:

Meditasiya sağlamlığı gücləndirir

1. İmmuniteti gücləndirir

2. Ağrını azaldır

3. Hüceyrə səviyyəsində yanğı və iltihablanmanı azaldır

Nəyə görə bəzi insanlar inanılmaz dərəcədə istedadlıdır?

Meditasiya xoşbəxtliyi tətikləyir

4. Pozitiv emosiyaları artırır

5. Depressiyanın qarşısını alır

6. Təşvişin qarşısını alır

7. Stresi azaldır

Meditasiya sosial həyatı yaxşılaşdırır

Meditasiyanın tənha fəaliyyət olduğunumu düşünürsüz? Bəlkə də (əgər meditasiyanı qrupla etmirsinizsə ola bilər, amma əksəriyyət belə edir), amma əslində o, sənin başqalarıyla olan bağlılığını gücləndirir.

8. Sosial əlaqələri və emosional intellekti artırır

9. Səni daha mərhəmətli edir

10. Özünü daha az tənha hiss etməyinə rəvac verir

Meditasiya özünənəzarəti gücləndirir

11. Emosiyalar üzərindəki bacarıqları yaxşılaşdırır

12. Özünü analiz etmək qabiliyyətini yaxşılaşdırır

Meditasiya sənin beynini dəyişir (yaxşıya doğru)

13. Beynindəki boz maddəti artırır

14. Emosiyaların tənzimlənməsi, pozitiv emosiyaların və özünənəzarətlə bağlı sahələrin həcmini böyüdür.

15. Diqqət yönəltməklə bağlı sahələrin kortikal qalınlığını yaxşılaşdırır.

Meditasiya məhsuldarlığı artırır

16. Fokusunu və diqqətini gücləndirir

17. Çox iş görmək qabiliyyətini artırır

18. Yaddaşını gücləndirir

19. Kreativlik və qutudan kənara düşünmək qabiliyyətini artırır

Meditasiya səni müdrikləşdirir

20. O, sənə perspektiv bəxş edir

Buddizm nəyə görə dindir və niyə deyildir?

Ağlını müşahidə etdikcə, sən başa düşürsən ki, onun köləsi olmaq məcburiyyətində deyilsən. Sən dərk edirsən ki, ağlın isterikaya düşür, deyinir, qısqanclıq edir, özünü xoşbəxt və bədbəxt hiss edir, amma o, səni mütləq ələ keçirməli deyil. Meditasiya olduqca sadə mənəvi gigiyenadır: zibilqabını təmizlə, istedadına yol aç və özünə əl yetir.

Bir düşün, sən hər gün duş alırsan, bədənini təmizləyirsən, amma heç ağlını təmizlədiyin olubmu? Ki, bunun da nəticəsində sən özünü daha təmiz hiss edə, nəsnələri daha böyük perspektivdən görə bilərsən. “Bizim həyatımızın keyfiyyəti ağlımızın keyfiyyətindən asılıdır”, - deyib Sri Sri Ravi Şankar. Biz çöldə baş verənlərə nəzarət etməyə bilərik, amma öz ağlımızın keyfiyyətinə dair nəsə bir söz deyə bilərik. Nə baş verməsindən asılı olmayaraq, əgər ağlın OK-dirsə, hər şey də OK-dir. Bu dəqiqə.

Meditasiya səni reallığa bağlayır

Öz ağlına bələd olandan sonra, özünə hakim olmağa başlayırsan və daha autentik, hətta bəlkə də daha təvəzökar olursan. Ağlının səni yönəltdiyi hekayələrin və serialların fərqinə varırsan, onlar barədə müəyyən perspektivin olur. Sən görürsən ki, bizim hamımız hansısa ağıl-dramasının cənginə keçmişik və buna görə də insanlara qarşı daha mərhəmətli olursan.

Və... sən nə qədər çox meditasiya etsən, tədqiqatların göstərdiyi kimi o qədər çox fayda əldə edirsən.

Meditasiya ilə bağlı miflər

Ağlında heç nə olmur – xeyr, faktiki olaraq, sən meditasiya etməyə başlayanda, bunun əksini görürsən.

Lotus pozasında oturmaq – xeyr, sən yatağın da üstündə otura bilərsən.

Gündə bir saat oturmaq – xeyr, az zaman müddəti kifayətdir.

Bilmədiyin dildə dini nəqarət oxumaq – xeyr, əgər, o boğazından özbaşına gəlmirsə.

Buddist, Hindu və ya hansısa dini məzmunludur – xeyr, sən özün belə bir şeyi boynuna qoymursansa, deyil.

Əcaibdir – oturub nəfəs almağın nəyi əcaib ola bilər? Deputatlar, idmançılar, hərbiçilər də oxşar şeyləri edirlər, bu, necə əcaib sayıla bilər?

Buddizm sevgililər üçün necə faydalı ola bilər?

“Mən meditasiya edə bilmirəm”, çünki...

Mən ağlımı təmizləyə bilmirəm – narahatlığa ehtiyac yoxdur, oturub meditasiya etdiyin vaxt ağlında var-gəl edən tonlarla düşüncəni, hissi və emosiyanı təcrübədən keçirəcəksən. Bu zaman nə hisslər yaşadığından əndişələnmə, meditasiyadan sonra və qalan gün ərzində nə hisslər keçirdiyinə diqqət et.

Mən sakit otura bilmirəm – bu da normaldır, ağlına hər cür zir-zibil gəlir, özünü sakitləşdirəcək nəfəs texnikaları barədə öyrən, meditasiyadan əvvəl fiziki məşğələ və ya yoqa ilə məşğul ol.

Sakit otumağa nifrət edirəm – onda qulaqlıqlar, telefon və s. olmadan gəzintiyə çıx; ya da yoqaya başla; ya da nəfəs məşğələləri et... özünə sadəcə “özünlə olmaq” və daim nəsə bir şeylə məşğul olmaqla bağlı fasilə ver.

Mən cəhd etdim, amma zəhləm töküldü – sadəcə bir növ meditasiya yoxdur, böyük bir meditasiya menyusu var: “mindfulness”, “transcendental”, “mərhəmət”, “mantra”, “vipassana”, Yaşamaq Sənəti nəfəs texnikaları, Nidra yoqası, yoqa, tay-çay və s...

Vaxtım yoxdur - əgər sənin meditasiya barədə məqalə oxumağa vaxtın çatırsa, meditasiya etməyə də çatar. Gün ərzində internetdə və ya başqa bir yerdə itirdiyin saatları düşün, həyatını yaxşılaşdırmaq üçün əlbəttə, gündə özünə 20 dəqiqə vaxt tapa bilərsən! Qandinin dediyi kimi, “Mən bu gün o qədər məşğulam ki, bir saat əvəzinə, iki saat meditasiya edəcəm”.

Emma Seppälä – Stenford Universitetinin elmi əməkdaşıdır.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR