Ləhcələrimizin bizə münasibətə və həyatımıza təsiri nələrdi?

Emosional İntellekt
Photo

İnsanlara niyə ləhcələrinə görə qiymət verilir?

Bəzi insanlar başqaları arasında daha yaxşı təəssürat yaratmaq üçün öz ləhcələrində danışmamağa çalışırlar. Ləhcə danışıqdan əlavə bir məna da daşıyır və ləhcəylə danışan insanlar çox vaxt gizli mühakiməyə məruz qalırlar.

İnsanların bir nəfər barəsində yaxşı fikirləşməsi üçün yaxşı geyimin şərt olduğu deyilir. Bəs eyni şey danışıq üçün də keçərlidirmi? Daha müsbət təəssürat yaratmaq üçün özümüzə xas danışıq formasını dəyişdirməyin köməyi dəyə bilərmi?

Bunu etmiş məşhur şəxslər var. Məsələn, Marqeret Tetçer Linkolnşir ləhcəsini atıb siyasi mövqeyinə daha çox uyğun gəldiyi deyilən standart tələffüzə keçmişdi.

Daha yaxın dövrdə isə yenə ingilis siyasətçilər Toni Bleyr və Corc Osborn bunun əksini etməyə girişmiş, xəlqi olduqlarını göstərmək üçün yuxarı siniflərə xas danışıq tərzlərini müxtəlif ləhcələrlə xalq dilinə endirməyə çalışmışdılar. Amma onların bu cəhdləri gülünc hesab edilmişdi.

Standart ləhcə bir dilin mətbuatda, hüquqda, rəsmi qurumlarda məqbul hesab edilmiş, müəyyən bir bölgəsə xas halıdır. İngilis dilində danışılan bir çox ölkələrdə əksəriyyətin danışdığı dil standart hesab edilir; Standard Amerikan, Standart Avstraliya ingiliscəsi və s. İngiltərədə isə standart və ya Kraliça İngiliscəsi kimi adlandırılan dildə əhalinin cəmi 3%-i danışır. Burada təbii ki, əksəriyyətin öz dilində qüsurlu danışdığını deyə bilmərik.

Bir çox insanın ictimai baxımdan ən prestijli ləhcəni həmin dilin yeganə düzgün və məqbul forması kimi görməsi fenomenini linqvist yazıçı Rosina Lippi-Qrin “standart dil ideologiyası” adlandırır. Halbuki linqvistik baxımından bütün ləhcə və dialektlər keçərlidir.

IQ ilə irsiyyət arasında əlaqə varmı?

Hansısa bölgəyə məxsus ləhcəylə danışan bəzi peşə sahibləri dəfələrlə deyiblər ki, iş tapmaq və iş yerlərində irəliləmək şanslarını artırmaq üçün ləhcələrini yumşaltmaq məcburiyyəti hiss ediblər.

Hətta çağrı mərkəzləri kimi yerlərdə işləyənlər bəzən ləhcə təhsili proqramlarına yazdırılırlar. Bəziləri isə qulağa xoş gələn, təskinedici və etibarlı olduğu düşünülən şotland ingiliscəsi və ya ABŞ-ın cənub dialekti kimi ləhcələrdə danışmağı üstün tuturlar.

Bu gün bəzi ölkələrdə danışıq tərzini yuxarı siniflərinkinə uyğunlaşdırmaqla, karyerada irəliləmək imkanlarını artırmaq elə də asan deyil.

İnsanların ləhcələrini dəyişdirmək istəyinin haradan qaynaqlandığına baxanda görürük ki, bəzi stereotiplər vacib rol oynayır.

Lakin paltar dəyişmək kimi, işdə bir ləhcə ilə danışıb evdə başqa bir ləhcədə danışmaq peşəkar aktyorların belə çətinlik çəkəcəyi məsələdir.

Həmçinin ləhcələr təkcə danışıq forması ilə əlaqədar deyil. Haralı olduğuna dair ən böyük ipucları da onlarda gizlənib. Ləhcə şəxsiyyətin təməlini təşkil edir.

Tədqiqatlar göstərir ki, ağızdan çıxan bircə söz danışanın etnik və mədəni mövqeyi ilə bağlı məlumatlanmağa və həmin şəxs haqqında, müsbət və ya mənfi bir mühakimə yürütməyə kifayət edir.

Bu stereotiplər şəxslərin ləhcələrinə görə müəyyən kateqoriyalara bölünmələrinə səbəb olur. Belə məlumatlara əsaslanmaqla, siz özünüz də bilmədən, ayrı-seçkilik sala bilərsiniz. Bu vəziyyət isə azlıqların iş, təhsil və yerləşmə imkanlarını çətinləşdirə bilər.

Stenford Universitetində ictimai linqvistika sahəsində tədqiqatlar aparan Con Bau bir eksperiment aparıb. Müxtəlif ləhcələrdən istifadə etməklə, ev elanları üçün telefon zəngləri edib. Onun Afrika mənşəli amerikan, Meksika mənşəli amerikan ləhcəsi ilə standart amerikan ingiliscəsinə görə aldığı cavablar bir-birindən fərqlənib.

Stereotip nədir və onlardan necə qurturmalı?

Afrika və Meksika mənşəlilərin ləhcələri qüsurlu olduqlarına görə deyil, sırf etnik və irqi mənşəli informasiya daşıdıqlarına görə, ev sahiblərinin onlara kirayə ev vermək istəmədikləri ortaya çıxıb.

1960-cı illərdən bəri aparılan anoloji tədqiqatlar bir insanın danışıq tərzinə görə, qulaq asanların həmin insana boy, cazibə, sosial status, zəka, təhsil, kriminal kimi fərqli xüsusiyyətlər aid etdiyini göstərib. Bir insan müxtəlif ləhcələrə keçəndə, stereotiolərin də dəyişdiyi müəyyən olunub. Bu fenomen ictimaiyyət arasında bədnam çıxmış bir ləhcədə danışanların qarşısında böyük əngəllər yarada bilir.

Məhz buna görə də, dillə əlaqədar yaranan bu cür münasibətlər səbəbindən bəziləri üçün ləhcələri qürur mənbəyi sayıldığı halda, bəziləri üçün gizli bir utanc mənbəyi ola bilir və ləhcəylə danışmağın düzgün olmadığı fikrini əsas tutub onu dəyişdirmək cəhdləri edilə bilir.

Dil haqqında aparılan bəzi araşdırmalar göstərib ki, standart və ya daha “prestijli” hesab edilən ləhcədə danışanlar daha ağıllı, daha bacarıqlı və yüksək statuslu kimi qiymətləndirilən işləri görməyə daha məqbul hesab edilirlər. Standart hesab edilməyən ləhcədə danışanların isə ümumən daha aşağı statuslu işlərə götürüldükləri müşahidə olunub.

Xüsusilə standart dildə danışmayan insanları nəzərə alanda, bu tapıntılar iş həyatı və karyera nöqteyi nəzərindən əhəmiyyət daşıyır. İngiltərədə aparılan bir tədqiqat zamanı əhalinin dörddə biri ləhcələrinə görə, ayrı-seçkiliyinə məruz qaldıqlarından şikayət etmişdi. Uyğunlaşmaq üçün ləhcələrini dəyişdirməyə çalışanların sayı artdıqca, müxtəlif ləhcələrlə bağlı stereotiplərin də artdığı məlum olur.

Qorxularımızı və əndişələrimizi necə aşa bilərik? Bir neçə məsləhət

Məsələn, özlərinin bölgəsinə xas ləhcəni qoruyub saxlayan çox az sayda elm adamı var. Belə ki, tələbələr də akademiklərin uğurunu çox vaxt ixtisaslaşdıqları sahələrdən müstəqil şəkildə qiymətləndirirlər.

Digər tərəfdən tədqiqatçılar iş yerlərinin 80%-ində müraciətçilərin 80%-nin ləhcəyə görə qiymətləndirildiyini müəyyən ediblər.

Bütün bunları nəzərə alanda, standart ləhcəyə sahib olmayan şəxslərin daha asan həyat üçün danışıqlarını dəyişdirməyə çalışması qəribə görünmür.

Amma stereotiplərin aradan qalxması üçün dil dəyişikliyi də kifayət etməyə bilər. Bir eksperiment zamanı standart Amerikan ingiliscəsində danışan bir nəfərin səs qeydinin yanında zahirən Qafqaz və ya Asiya görünüşlü bir nəfərin şəkli göstəriləndə, eyni danışığa qulas asılmasına baxmayaraq, dinləyənlərin danışanı başa düşməkdə çətinlik çəkdikləri müşahidə olunub. Hətta bəziləri bunun əcnəbi aksent olduğunu belə deyiblər. Bütün bunlar dilin qavranılmasında sosial stereotiplərin necə böyük rol oynadığını göstərir.

Bütün bunlara baxmayaraq, fərqli ləhcədə danışdıqları halda uğur qazananlar da az deyil. Amma nəyin bahasına? İnsanlara kimliklərinin bir parçasını dəyişdirməyi tövsiyyə etmək əvəzinə, hər kəsə dillə bağlı gizli stereotiplərinin mövcudluğunu görüb, buna uyğun davranmağı tösviyyə etmək daha düzgün olar.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR