Qısqanclıq necə işləyir və onun qarşısını necə ala bilərik?

Emosional İntellekt
Photo

Qısqanclıq münasibətlərimizi necə korlayır?

Qısqanclıq necə işləyir və onun qarşısını necə ala bilərik?

“Sevgi kordur, qısqanclıq isə qədərindən artıq görür”- Yiddiş atalar sözü

1. Qısqanclığın müalicəsi

Qısqanclığa məhəl qoymamaq heç vaxt yaxşı fikir olmayıb, amma ona diqqət yetirmək də əksərən faydalı olmur, hətta bu apaydın təhlükəli ola bilər. Beləcə, məsələ olduqca qəlizdir. Biz qısqanclığı öz başımıza dəhşət gələndə kəşf edirik. Qarşımızdakının qısqanclığının öhdəsindən gəlmək problemindən, həmçinin özümüz də "qısqanc tip" olmaqdan sığortalanmamışıq. Qısqanclıq olmadan mən necə olardım və nələri görərdim? Mənim qısqanclığımı yoluna qoymaq olarmı, yoxsa onunla yaşamağı öyrənməliyəm?

Emosiyalar bizim özümüzlə bağlı vacib informasiya mənbəyidirlər, biz bu dünyada, münasibətlərimizdə və həyatımızda uğurlu naviqasiya etmək üçün emosiyalara ehtiyac duyuruq. Qısqanclıq tənhalıq emosiyasıdır, çünki biz kiminləsə birlikdə ola-ola ən bərbad şəkildə tərk olunduğumuzu təsəvvürümüzə gətiririk. Qısqanclıq unikaldır, çünki münasibətlərlə birgə gələn digər hisslərdən fərqli olaraq, o, özünü əsasən digər şəxsin kimliyindən asılı olmayaraq göstərir. Qısqanclıq ictimai bir yoluxucu xəstəlik kimi bir münasibətdən digərinə fərq qoymadan keçir.

2. Qısqanclıq - nəzarət edilməsi mümkünsüz bir şey kimi

Qısqanlığın problemi odur ki, o burulğan kimidir, o bizi obsessiv bir cəhənnəm əhval-ruhiyyəsinə sürükləyir, xəyalımıza sevdiyimizin bizə ən bariz və seksual şəkildə xəyanət etdiyinə dair təsəvvürlər gəlir və biz məhv oluruq. Məhz buna görə də qısqanclığın çox zaman iblislə müqayisə edilməsi təsadüfi deyil. Maraqlısı budur ki, qısqanclıq özlüyündə meydana gətirdiyi fantaziyalar kimi qəddarcasına şirnikləndiricidir. Qısqanclıq üstün gələndə, biz özümüzün başqa bir insana çevrildiyini görürük. Məhəbbət kimi qısqanclıq da kordur. Lakin məhz eyni cür yox. Mübtəlalığın qaranlıq tərəfi onun bizim tanımaq istəmədiyimiz alter-eqomuz olmasıdır. Qısqanclıq asılılıq yaradır.

Dostluq və sevgidə yatan dərin psixoloji məqamlar hansılardı?

Sevgi kimi – xüsusilə yeni, coşğun məhəbbət kimi – qısqanclıq da obsessiv olur. Buna görə də burada risk vardır. Obsessiyalara diqqət yetirmək onların əlinə keçmək deməkdir, çünki bizlərdən çoxu qısqanclığın sifətinə baxdığımız zaman ehtiyatlı məsafə saxlaya bilmirik. Biz ələ keçirik. Münasibətdə olmadığımız zaman qısqanclığı fərq etmək (bir qayda olaraq insanlar belə etmir) və onunla başa çıxmaq daha yaxşıdır, çünki biz özümüzə və başqalarına qısqanclığımızı inkar etməyə olduqca meyilli oluruq. Bu, təhlükəlidir, kiçik sirr kimidir, onu görəndə gizlətmək istəyirik, çünki eybəcərdir, çünki bilirik ki, sevdiyimizi məhv etməyə hazırıq, çünki həssas olmaqdan narahat oluruq. Qısqanclıq mərhəmət üçün heç bir yer buraxmır, nə başqaları üçün, nə də özün üçün.

Bundan başqa, əgər bir psixoanalitik kimi danışası olsaq, qısqanclıq sevginin qeyri-müəyyən gələcəyi ilə birgə gələn həssasslığı aradan qaldırmağı, sevgini onu bizi incitməsindən əvvəl məhv etməyi arzulaya bilər. İtki dözülməzdir, amma onu ən azından proqnozlaşdırmaq olur, belə biz nə baş verəcəyinə dair qeyri-müəyyən vəziyyətdə qalmaqdansa, hadisəni özümüz törədirik. Xəyanətə məruz qaldığımız sürpriziylə üzləşməkdənsə, biz onu əvvəlcədən ehtimal edə və əgər qısqanclıq yetərincə güclüdürsə, özümüzü qane edən peyğəmbəranə üslubla münasibətimizin sonunu gətirə bilərik. Qısqanclıq və nəzarət əl-ələ gedir. Heç bir güc qısqanclığın kökündə yatan əminsizliyi yüngülləşdirə bilməz.

3. Alter eqo kimi qısqanclıq

Bu mənada özümüz qısqanclığın daxilimizdən gəldiyini bilsək belə, o, kənardan gəlirmiş kimi hiss olunur. Biz öz qısqanclığımızdan gözümüzü çəkə bilmirik, çünki o qorxu ilə o qədər doludur ki, – itirmək qorxusuyla, xəyanət qorxusuyla, keçmişi yenidən yaşamaq qorxusuyla – ona məhəl qoymamaq təhlükəli fikir kimi görünür. Buna görə də qısqanclıq təhlükə signalı verir – bu təhlükə signallarının real təhlükə olub-olmadığını tam bilmədiyimizə görə, məhəl qoymamaq da ağılsızlıq olardı.

Buddizm sevgililər üçün necə faydalı ola bilər?

Qısqanclıqda təhlükə budur ki, bizi sevməli olan və bizim özümüzü yanlarında əmin-amanlıqda hiss etdiyimiz şəxslərin saxtakar olması duyğusunu yaradır. Ən pis halında qısqanclıq aldadıcı və psixotik aspektləri özüylə gətirə bilər.

4. Qeyri-müəyyənliyin gücü

Qısqanclıqda təhlükənin miqyası qeyri-müəyyəndir və qısqanclığın gücü müəyyən qədər məhz bu qeyri-müəyyənlikdən qaynaqlanır. Məntiq dairəvidir və qeyri-müəyyənliyə münasibətdə amansızdır. Tam əmin olmaq üçün cavablar, inanılmış informasiya mənbələri yoxdur. Yeganə həqiqi informasiya iyrənc yüngüllüyü özüylə birgə gətirən xəyanətin özünün təsdiqidir.

Əgər o, məni həqiqətən də sevmirsə, deməli, mən axmağam; mən camaatın gözü qarşısında alçaldıldım; və bu alçaldılma həm münasibətdə uğursuzluq kimi hiss edilir, həm də əksərən xəyalımızda sevdiyimiz şəxsin rəqibin əlində inanılmaz həzz yaşadığına dair seksual fantaziyalar canlandırır, acizcə bu təsəvvürlərə baxarkən xəstəcəsinə heyran olur və özümüzü tamamilə qeyri-adekvat hiss edirik. Qısqanclıqda əksərən mazoxist bir element olur, o paradoksal şəkildə həm bizdə zövq, həm də alçaldılmadan qaynaqlanan təslimiyyət duyğusu yaradır. Əgər o, məni sevirsə və xəyanət etməyibsə, onda qısqanclığa əsas yoxdur, nigaran olduğuma görə axmağam mən. Mən ondan üzr istəməliyəm: ona şübhə etdiyimə görə düz eləməmişəm. Vəziyyəti düzəltməliyəm.

Amma qısqanclıq özünü əmin etməklə, yaxandan əl çəkmir, çünki şübhənin pıçıltısı çox inadkardır. Qısqanclıq içini gəmirən qurd kimidir. Bizi sevənlər şübhəlidirlər, özlərini artistliyə vurublar, yalan danışırlar... amma niyə?

Qısqanclığın kökünü özümüzün daxilində görməkdənsə, bədxahlıq bir xüsusiyyət kimi bizi sevdiyini iddia edən və bizə əminlik vədi verəndə özünü göstərir. Qısqanclıq bizi özümüzün nifrətəlayiq və sevilməyə dəyməyən biri kimi qəbulolunmaz qorxularımızdan mühafizə edir.

5. Sədaqətsizlik əhəmiyyətsizdir

Qısqanclığın əhəmiyyətli dərəcədə sədaqətsizliyə aiddiyatı yoxdur. Qarşındakı şəxsin aldadıb, aldatmadığı həqiqətən də vacib deyil. Əgər bunu etsəydi, qısqanclıq nəsə başqa bir şeyə çevrilərdi: qəzəbə və zorakılığa bəlkə də, ya da hüzn və kədərə. Qısqanclığın problemi reallıqdan asılı olmayaraq nə qədər inadkar olmasındadır. Qısqanclıq nə barədə deyil; qısqanclıq nə baş verə bilər haqqındadır. Qısqanclığa mübtəla olmuş ağıl üçün nə əminlik, nə sübut, nə yet'ri qədər dəlil, nə də son deyə bir hiss yoxdur.

Sevgi nədir, onu uzunömürlü və problemsiz necə yaşamaq olar?

Qısqanclıq başqa düşüncə və məqsədləri çıxdaş etməklə, taxtda əyləşmək istəyir. Qısqanclıq bizim motivasiya sistemlərimizi, xüsusilə bağlılıq sistemimizi əlimizdən ala bilər. Bu, qısqanclıqdan konstruktiv şəkildə “istifadəni” hədsiz çətin edir. Bəzən əgər biz erkən qısqanclıq düşüncələrini və hisslərini silməyi öyrənəndə, düz 12-dən vurmağı bacarmış oluruq, amma bu disiplin və səy tələb edir və qısqanclıq illər sonra qəfildən yenə ortaya çıxa da bilər.

Müəyyən bir kandarı keçəndən sonra, qısqanclıq ya hə, ya yox fenomeninə çevrilir. Qısqanclıq ya səni yeyib bitirir, ya da sən qısqanclığın səni yeməsi faktına məhəl qoymursan. Qısqanclığı görsən də, görməsən də Qara Dəlik kimi ordadır, sənin reallıq hissinə, xüsusilə münasibət reallığına qravitasiya gərginliyi verir. Qısqanclıq bizim sağlam məntiqimizi dağıdır, münasibət məntiqimizin kökünü qazıyır.

6. Qısqanclığı təkamül kökləri

Mülayim qısqanclıq sağlam, funksionallığın əlaməti hesab edilə bilər. Təkamülçü bioloqlar cütləşmədən danışırlar. Biz yarımızı axtaranda rəqiblərlə mübarizə aparırıq. Özümüzün yar seçiminə olan təhlükələri nəzərdən keçiririk. Yar qaçaqmalçılarının qarşını almalıyıq. Rəqabətə davamlı olmaq üçün biz yaxşı partnyor olmağa həvəsləndirilirik. Buna baxmayaraq, qısqanclıq dərin heyvani və məməli bir yerdən gəlir, vəhşi bir risk daşımaqla o bizi müəyyən qədər gümrah, yabanı, güclü və istiqanlı edir. Qurdadam kimi biz də qısqanclıqda nəzarəti əldən buraxa, mübtəla olmaqla beyni çönmüş məntiqsiz bir canlıya çevrilə bilərik.

Yarımız tərəfindən cəzb olunanda, onu ələ keçirmək, bəlkə də daha çoxunu ələ keçirmək istəyirik. Bizim biraz qeyri-əmin olmağa, yarımız bizim olmalı imiş kimi hiss etməməyə haqqımız var. Bu bizi formada saxlayır, partnyorumuza mehribanlıq göstərməyimizə, münasibətimizin qayğısına qalmağımıza və onu yeni və təravətli saxlamağımıza töhfə verir. Azca qısqanclıq yaxşı şeydir: o bizi gənc, münasibətimizi isə gümrah saxlayır. Amma əgər o yaxşı şeydirsə, onu hələ də qısqanclıq adlandırmaq olarmı?

Qrant Hillary

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR